Bolqarıstan, kiberfırıldaqçılıqda ittiham olunan Rusiya vətəndaşı Aleksandr Jukovu ABŞ-a verib.
ABŞ hakimiyyəti onu rəqəmsal reklam sahəsində fırıldaçqçılıqda ittiham edir.
ABŞ-dakı Rusiya səfirliyinin şənbə günü-yanvarın 19-da verdiyi məlumatına görə, Jukov hazırda Bruklin həbsxanasındadır.
Rusiya səfirliyinin əməkdaşları yaxın vaxtlarda ona baş çəkməlidirlər.
Jukov, ABŞ-da kiberfırıldaqçılıqda ittiham olunan 8 nəfərdən biridir.
Nyu-York prokurorluğunun məlumatına görə, 6 Rusiya və 2 Qazaxıstan vətəndaşı cinayətkar qrup yaradıblar.
Bu qrupun 10 milyonlarla dollar ziyan vurduğu bildirilir.
Onlar şəxsi informasiyaların oğurlanması, kompüterlərin sındırılması və qanunsuz pulların yuyulmasında şübhəli bilinirlər.
Prokurorluq ötən il noyabrın 27-də, Jukov da daxil olmaqla 3 nəfərin saxlanması barədə məlumat vermişdi.