Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Bolqarıstan Rusiyanın hərbi attaşesini ölkədən qovur


Vasili Sazanoviç (solda)
Vasili Sazanoviç (solda)

Bolqarıstan bu ölkədəki Rusiya diplomatının persona non grata – arzuolunmaz şəxs elan olunduğunu bildirib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Bolqar xidməti Bolqarıstan Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Xəbərdə deyilir ki, sözü gedən diplomat casusluqda şübhəli bilinir və onun ölkədən çıxması üçün 72 saat vaxt verilib. .

Bolqarıstan xüsusi prokurorluğunun məlumatına görə rusiyalı diplomat 2017-ci ildən bəri dövlət sirri sayılan informasiyanın toplanması ilə məşğul olub.

Belə informasiyalardan biri də ABŞ-Bolqarıstan birgə hərbi təlimlərində iştirak edən Amerika əsgərlərinin sayı ilə bağlı idi.

Xəbərdə deyilir ki, diplomat bu informasiyanı Rusiya Baş Kəşfiyyat İdarəsinə (GRU) ötürüb.

İki ildə 6 diplomat

Rusiyalı diplomatla bağlı məlumatı prokurorluğa ölkənin dövlət təhlükəsizlik agentliyi təqdim edib.

Bu da bildirilir ki, diplomat bir Bolqarıstan vətəndaşını da ələ alıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Bolqarıstan hakimiyyət orqanları rusiyalı diplomatın adını açıqlamasa da, Rusiyanın Sofiyadakı səfirliyi söhbətin hərbi attaşedən getdiyini bildirib.

Səfirliyin saytındakı məlumata görə bu vəzifəni hazırda polkovnik Vasili Sazanoviç tutur. Səfirlik bolqar tərəfinin ittihamlarını “əsassız” adlandırıb.

Sazanoviç 2019-cu ilin oktyabrından bəri Bolqarıstandan qovulan altıncı Rusiya dilomatıdır.

2020-ci ilin sentybarında iki, yanvarında isə daha iki diplomat persona non grata elan edilib.

Moskva bütün bu diplomatlara qarşı ittihamları rədd edib və bütün hallarda eyni sayda bolqar diplomatı Rusiyadan çıxarıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG