Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:14

Anti-Putin etirazçısı məcburi psixiatrik müalicədən azad edildi


Mixail Kosenko
Mixail Kosenko

Rusiya məhkəməsi Vladimir Putinin prezidentlik inaqurasiyası ərəfəsində ona qarşı etiraz aksiyasında iştirak etmiş fəalı məcburi psixiatrik müalicədən azad edib. Bu barədə məlumatı Mixail Kosenkonun bacısı Kseniya fevralın 6-da Twitter-də verib.

Kosenko 2012-ci il, mayın 6-da Moskvanın Bolotnoya meydanında aksiya keçirərkən saxlanmış 400 nəfərdən biri idi. Onlar Vladimir Putinin baş nazir postundan prezidentliyə qayıtmasına etiraz bildirirdilər. Polis və etirazçılar, baş vermiş toqquşmaya görə bir-birlərini günahlandırırdılar.

Kosenkoya qarşı iğtişaşda iştirak və polisə hücum ittihamı irəli sürülmüşdü. O 2014-cü ilin iyulunda həbsxana cəzasını çəkdikdən sonra məhkəmə qərarı ilə məcburi ambulator psixiatrik müalicəyə göndərilmişdi.

Ötən ay Rusiyanın cənubundakı Həştərxanda məhkəmə başqa bir Bolotnoya etirazçısının – Maksim Panfilovun ambulator psixiatrik müalicəyə göndərilməsi barədə qərar qəbul etmişdi. Ambulator müalicə ruhi xəstəxanaya yerləşdirilməyi nəzərdə tutmur.

Panfilova neyropsixiatrik pozuntu diaqnozu qoyulmuşdu.

2012-ci ilin 6 mayında Putinin prezidentliyiə qayıtmasına etiraz edən 400 nəfər saxlanmışdı
2012-ci ilin 6 mayında Putinin prezidentliyiə qayıtmasına etiraz edən 400 nəfər saxlanmışdı

Bu hadisə ilə bağlı 30-dan çox adam mühakimə olunmuş, onların 20-dən çoxu müxtəlif cəza müddətlərinə məhkum edilmişdi.

Bu iş üzrə azadlıqdan məhrum edilmişlərdən sonuncusu – İvan Nepomnyaşşix 30 aylıq həbsxana müddətini ötən avqustda başa vurub, bundan iki həftə sonra isə Birləşmiş Ştatlara gedib.

Etirazlar baş verəndə, ümumiyyətlə Moskvada olmadığında israr edən Dmitri Buçenkov isə iş üzrə son şübhəli idi. Onun da sonradan Rusiyadan qaçdığı xəbər verilib.

Amnesty International bildirir ki, sözü gedən nümayiş zamanı polis kütləni dağıtmağa yox, əzişdirməyə çalışıb.

Təşkilatın hesabatında qeyd olunurdu ki, bu iş üzrə mühakimə olunanların hamısına qarşı irəli sürülmüş ittihamlar siyasi motivli idi.

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 30 yanvar tarixli hökmündə deyilir ki, Rusiya, prezident Vladimir Putinin son inaqurasiyası ərəfəsində etiraz aksiyası keçirdiklərinə görə məhbus edilmiş üç nəfərin hüquqlarını pozub.

AİHM-in qərarında qeyd olunur ki, Rusiyanın hakimiyyət orqanları Andrey Barabanov, Aleksey Polixoviç və Stepan Zimini 2012-ci ilin 6 mayında Moskvanın Bolotnaya meydanında keçirdikləri etiraz aksiyasına görə həbs və mühakinə etməklə onların hüquqlarını pozub.

Məhkəmənin qərarında, Rusiyadan, Polixoviç və Ziminə, hər birinə 12, 500 avro, Barabanova isə 10 min avro təzminat ödənməsi tələb edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG