Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 13:57

Etirazçı aşığa qarşı at oğurluğu ittihamı götürülüb


Bolot Nazarov məhkəmədə
Bolot Nazarov məhkəmədə

Bişkekdə məhkəmə el aşığı Bolot Nazarova qarşı at oğurluğu ittihamını ləğv etsə də, qanunsuz narkotik maddə saxlama ittihamı qüvvədə qalıb. Hakimiyyəti tənqid edən mahnılarıyla tanınan Nazarov həbsdən buraxılıb.

Moskva rayon məhkəməsi bu qərarı yanvarın 24-də çıxarıb. Bir həftə öncə prokurorluq məhkəmədən xahiş etmişdi ki, Nazarov oğurluq və qanunsuz narkotik maddə saxlamaqda təqsirli bilinərək 10 il həbsə məhkum olunsun.

Məhkəmə oğurluq ittihamının qaldırılmasını tərəflər arasında barışıq əldə olunmasıyla izah edib.

Nazarov və tərəfdarları isə aylardır ittihamları rədd edirlər.

Jurnalistlə birlikdə saxlanmışdı

Aşıq bir il öncə tanınmış araşdırmaçı jurnalist Bolot Temirovla birlikdə narkotik maddə saxlamaq ittihamıyla tutulub. Onların tərəfdarlarının etirazları fonunda hər ikisi ev dustağı edilib.

Noyabrda polis Nazarovu bir fermerdən at oğurlamaqda ittiham edərək barəsində həbs qətimkan tədbiri seçib.

Nazarov isə deyirdi ki, sahibi atı ona aşıq deyişməsini udduğuna görə mükafat verib.

Rəsmi oğurluq ittihamı irəli sürüləndən sonra Nazarov atı fermerə qaytarıb. Dekabrda isə iddiaçı məhkəməyə müraciət edərək ittihamın ləğvini xahiş edib, Nazarova qarşı iddiası olmadığını deyib.

Nazarov barəsində qanunsuz narkotik saxlama maddəsi üzrə hökm, hələ ki, çıxarılmayıb.

Temirov deportasiya edilib

Temirov isə noyabrda Rusiyaya deportasiya edilib. Bişkekdə məhkəmə onu Qırğızıstan pasportunu qanunsuz əldə etməkdə təqsirli bilib

Qırğızıstanda hökumət rəsmilərinin korrupsiyasından yazan jurnalistin həm Rusiya, həm də Qırğızıstan vətəndaşlığı vardı. O, məhkəmənin qərarını siyasi motivli adlandırıb, bütün sənədlərinin, o cümlədən Qırğızıstan pasportunun qanuni əldə olunduğunu bildirib.

Temirovun deportasiya olunmasını BMT-nin insan haqları elçisi, mətbuat azadlığını müdafiə edənlər, Qərb hökumətləri pisləyib.

XS
SM
MD
LG