Keçid linkləri

Təcili xəbərlər
2020, 10 İyul, Cümə, Bakı vaxtı 23:18

Müsavat fəalı cərimələnib


Polis

Bu gün, iyunun 29-da Müsavat Partiyasının üzvü Ceyhun Məmmədlinin Zərdab Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələndiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyadan məlumat verilib.

Məlumata görə, C.Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda təqsirli bilinib.

Partiyadan əlavə edilib ki, C.Məmmədli qanunu pozmayıb, hadisənin əsl səbəbi isə onun sosial şəbəkədəki tənqidi yazılarıdır.

Hələ iki gün əvvəl, iyunun 27-də Müsavat Partiyasından bildirmişdilər ki, C.Məmmədli evdən Zərdab Rayon Polis Şöbəsinə aparılıb. Orada onun barəsində İnzibatı Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunduğu, sonra onun məhkəməyə qədər sərbəst buraxıldığı qeyd edilirdi.

C.Məmmədli Müsavat Partiyası Göyçay təşkilatının sədridir.

Bu deyilənlərə, hələlik, Zərdab Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, insanların tənqidi mövqelərinə görə şərlənərək cəzalandırılması ilə bağlı şikayətlərin əsası yoxdur.

XS
SM
MD
LG