Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:17

Belarus ABŞ seçkisinə müdaxilədə şübhəli qadını sərbəst buraxır


Rusiya bildirir ki, Belarus hakimiyyət orqanları Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsində iştirak etdiyi iddia olunan Anna Bogachyovan-ı saxladıqdan sonra sərbəst buraxıb.

Rusiyanın Minskdəki səfirliyi oktyabrın 15-də xəbər verib ki, Rusiya vətəndaşı Belarus paytaxtında saxlandıqdan sonra azad edilib.

Rusiyanın Xarici İşlər Nazirliyi Facebook səhifəsində bu xəbəri təsdiq edib və bildirib ki, Belarusdakı Rusiya diplomatları Bogachyova ilə bağlı vəziyyəti izləyirlər və ona lazımi dəstək verirlər.

Bundan əvvəl Rusiyanın RIA dövlət xəbər agentliyi “vəziyyətlə tanış mənbəyə” istinadən bildirir ki, Bogachyova “Birləşmiş Ştatların ricası ilə oktyabrın 13-də səhər Belarus paytaxtındakı otellərdən birində” saxlanıb:

"Onun əri və azyaşlı övladı məzuniyyətə getməyə hazırlaşırdılar”.

Data təhlilçisi və tərcüməçi Bogachyova Sankt Peterburqdakı İnternet Tədqiqatları Agentliyində (İTA) çalışır.

“Troll fabriki” kimi ad çıxarmış bu şirkətin sahibinin Kremlə yaxın oliqarx Yevgeny Prigozhin olduğu deyilir.

“Putinin aşpazı” ləqəbini qazanmış Prigozhin ABŞ-ın sanksiya siyahısındadır və onun sözü gedən şirkətinin adı ABŞ-ın xüsusi prokuroru Robert Mueller-in hesabatında dəfələrlə çəkilir.

Vaşinqton İTA ilə bağlı bir neçə fərdə və vahidə qarşı cinayət işi qaldırıb.

Bogachyova İTA ilə bağlılığına görə ABŞ-da iki sanksiya siyahısına daxil edilib.

Həm də Anna Trigga adı ilə tanınan Bogachyova Rusiyada ifrat millətçi təşkilat Russki Obraz hərəkatının fəal üzvü olub.

Yerli media yazır ki, onu İTA-ya işləməyə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məcbur edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG