Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 13:36

Bodrum və Marmaris də yanır, ölənlərin sayı 8-ə çatdı


Türkiyədə yanğın
Türkiyədə yanğın

Türkiyədə meşə yanğınları davam edir. Reütersin avqustun 3-də verdiyi məlumata görə, alov hazırda kurort şəhəri olan Marmaris və Bodrum şəhərlərinə çatıb.

Ötən həftə yanğının başladığı Manavqat şəhərində də vəziyyət gərgin olaraq qalır.

Son məlumata görə artıq ikinci həftədir ki, davam edən yanğınlarda ölənlərin sayı 8 nəfərə çatıb, 200-dən çox insan xəsarət alıb.

Vəziyyətin getdikcə daha da pisləşdiyi xəbər verilir. Türkiyənin kənd təsərrüfatı naziri Bekir Pakdemirlinin sözlərinə görə, hazırda regionda azı 132 yanğın tüğyan edir.

Onların əksəriyyətini lokallaşdırmaq mümkün olsa da 7-ni hələ ki, nəzarətə götürmək mümkün olmayıb.

Alov hazırda dağlara doğru hərəkət edir.

Hazırda bölgədə 40 dərəcə isti müşahidə olunur.

Marmaris sakinlərindən biri Mustafa Kılıç hər şeyini itirdiyini deyir: “Təşviş içindəydik. Xoşbəxtlikdən sağ çıxa bildik. 10-15 ağaçım, evim, bütün mülkiyyətim, pullarım hər şeyim məhv oldu”, deyə o, bildirib.

Yerli sakinlər də alovla mübarizəyə qoşulublar.

Hakimiyyət sosial şəbəkələrdə yanğınla effektli mübarizə apara bilməməkdə tənqidlərlə üzləşib.

Amma hökumət bütün ittihamları rədd edir və zərər dəymiş bütün vətəndaşlara kompensasiya ödəniləcəyini vəd edib.

Türkiyənin yanğın söndürən təyyarələri niyə yoxdur?
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Avropa Birliyi, Azərbaycan, Ukrayna və İran alovla mübarizə aparmaq üçün Türkiyəyə xüsusi təyyarələr göndəriblər.

Hazırda ölkənin digər yerlərində də yanğınlar davam edir.

Hakimiyyət bunun qəsdən törədildiyini istisna eləmir və cavabdehlərin tapılıb, məsuliyyətə cəlb olunacaqlarını bəyan edib.

Rüeters yazır ki, yanğınlar Covid-19 pandemiyasından sonra Türkiyənin türizm sektoruna ikinci ciddi zərbədir.

Qeyd edək ki, Türizm sektoru Türkiyə iqtisadiyyatının ən gəlirli sahəsi hesab olunur.

XS
SM
MD
LG