Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:48

ABŞ BMT qətnaməsinə veto qoydu və onu “təhqir” adlandırdı


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley

Reuters agentliyi yazır ki, dekabrın 18-də ABŞ BMT Təhlükəsizlik Şurasının Trump-ın Yerusəlim qərarını etibarsız edən qətnaməsinə veto qoymaqla Birləşmiş Ştatların təcrid edilməsini bir qədər də artırıb.

Donald Trump bu ayın əvvəllərində Yerusəlimin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi barədə qərar verib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley səsə qoyulan qətnaməni Birləşmiş Ştatlara “təhqir” adlandırıb.

BMT Təhlükəsizlik Şurasına təqdim olunmuş bir səhifəlik qətnamədə deyilirdi ki, Yerusəlimin statusuna dair bütün elan edilmiş qərarların hüququ qüvvəsi yoxdur və belə qərarlar ləğv olunmalıdır.

Bu qətnamədə Trump-ın qərarı haqqında konkret olaraq heç nə deyilmirdi. ABŞ prezidentinin Yerusəlim qərarı ABŞ-ın müttəfiqləri də daxil əksər dünya liderləri tərəfindən kəskin pislənmişdi.

Trump israr edirdi ki, onun qərarı “reallıqların tanınmasından başqa heç nə deyildir” və ABŞ Yaxın Şərqdə sülh proseslərinin vasitəçisi olaraq qalır.

Lakin Trump-ın bu qərarından sonra Fələstin prezidenti Mahmud Abbas bəyan etmişdi ki, ABŞ bundan sonra İsrail-Fələstin danışıqlarının vasitəçisi ola bilməz.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan da buna bənzər bəyanat vermişdi.

BMT Təhlükəsizlik Şurasına Misir tərəfindən təqdim edilmiş qətnamə layihəsinin leyhinə şuranın 14 üzvü səs verib. Nikki Haley səsvermədən sonra deyib: “Biz burada, Təhlükəsizlik Şurasında təhqirin şahidi olduq. Bu yaddan çıxmayacaq”.

Reuters yazır ki, bu, ABŞ-ın son 6 ildə veto hüququndan ilk dəfə istifadəsi idi.

Haley ABŞ-ın vetosu barədə deyib: “Biz bunu sevinc hissi ilə etmirik, amma heç təəssüflə də etmirik. Bizim, bu vetodan Amerikanın suverenliyinin müdafiəsi, habelə Amerikanın Yaxın Şərq sülh prosesindəki rolunun müdafiəsi üçün istifadə etməyimiz bizə xəcalət hissi vermir. Əksinə Təhlükəsizlik Şurasının bütün qalan üzvləri xəcalət çəkməlidirlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG