Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:04

Təhlükəsizlik Şurası Suriyaya dair Rusiya-Çin qətnaməsini rədd edir


Vasily Nebenzya
Vasily Nebenzya

BMT Təhlükəsizlik Şurası Suriyanın İdlib qəzasında tənzimləməyə dair Rusiya və Çin tərəfindən təqdim olunmuş qətnaməni səs çoxluğu ilə rədd edib.

Rusiyanın TASS agentliyi bildirir ki, sentyabr ayı ərzində BMT Təhlükəsizlik Şurasının iclaslarınaRusiyanın BMT-dəki səfiri Vasily Nebenzya sədrlik edir.

ABŞ, Britaniya, Fransa, Almaniya, Belçika, Küveyt, Peru, Polşa və Dominikan Respublikası olmaqla 9 ölkə qətnamənin əleyhinə səs verib.

Çin və Rusiya qətnaməni dəstəkləyiblər, amma Kot-d'İvuar, Ekvatorial Qvineya, Cənubi Afrika və İndoneziya bitərəf qalıblar.

Rusiya-Çin qətnamə layihəsi BMT-ni İdlibdəki de-eskalasiya zonasında avqustun 31-də elan olunmuş atəşkəsi dəstəkləməyə çağırırdı.

Sənəddə bu da qeyd olunurdu ki, bu atəşkəs Suriyada fəaliyyət göstərən terrorçu qruplara şamil edilə bilməz.

Nebenzya deyib ki, Belçika, Almaniya və Küveyt tərəfindən təklif olunmuş qətnamə layihəsindən fərqli olaraq Rusiya-Çin qətnamə layihəsi sırf humanitar xarakter daşıyır və onda siyasiləşdirilən ziddiyyətli müddəalar yoxdur.

Rusiya səfiri əlavə edib ki, Moskva və Pekin tərəfindən hazırlanmış qətnamə layihəsi sadəcə olaraq atəşkəsin saxlanmasını, terroristlərə qarşı mübarizənin davam etdirilməsini və İdlibə humanitar girişin verilməsini nəzərdə tutur.

Nebenzya bəyan edib ki, Suriyada silahlı qarşıdurma fazası başa çatıb və “biz siyasi məqsədli humanitar aspektlərin yerinə, bu aydın səyləri dəstəkləməliyik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG