Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 08:18

BMT Bakı və Yerevanı sülh razılaşmasına çağırıb


BMT Təhlükəsizlik Şurası (Arxiv fotosu)
BMT Təhlükəsizlik Şurası (Arxiv fotosu)

BMT vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə gərginlik bütün regionu sabitsizləşdirə bilər.

BMT Yerevanı və Bakını sərhədin delimitasiya və demarkasiyası, habelə sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmağa çağırıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.

Diplomat bildirib ki, son günlərin sərhəd toqquşmalarından sonra həm Ermənistan, həm də Azərbaycan BMT-yə məktub göndərərək bir-birlərini 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsi pozmaqda ittiham ediblər:

“BMT bu iddiaların doğruluğunu yoxlaya və ya təsdiq edə bilməz, lakin biz bu təhlükəli vəziyyətlə bağlı dərindən narahatıq və tərəfləri gərginliyin azaldılması üçün addımlar atmağa çağırmışıq”.

Suverenlik və ərazi bütövlüyü

Miraslav Yença daha sonra deyib:

“Son toqquşmalar göstərdi ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi əvvəllər olduğu kimi, indi də ciddi maneələrlə üzləşir. Bu gərginlik həm də ondan xəbər verir ki, tərəflərin bir-birlərinin ərazi bütövlüyü və suverenliyini tanıması çərçivəsində delimitasiya və demarkasiya isitqamətində mümkün qədər tez hərəkət etmələri zəruridir. Biz ardıcıl olaraq tərəfləri sərhəd gərginliyinin azaldılması üçün bu prinsipial olaraq mühüm mexanizmdən istifadə etməyə çağırırıq”.

BMT baş katibinin müavini habelə vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə gərginlik bütün regionu sabitsizləşdirə bilər və buna görə də bütün regional oyunçular dinc tənzimləmə istiqamətində konstruktiv addımlar atmalı və tərəflərə təzyiq göstərməlidirlər.

Ermənistan parlamentində qalmaqal düşdü
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Xatırlatma

Sərhəddə döyüşlər sentyabrın 13-nə keçən gecə başlayıb. Azərbaycan 50, Ermənistan isə azı 105 hərbi qulluqçusunun həlak olduğunu bildirib.

Rəsmi Bakı Yerevanı iki ölkə arasında sülh prosesini pozmaq üçün “provokasiya”ya əl atmaqda suçlayıb. Ermənistan isə ittihamı rədd edərək Azərbaycanın onun suveren ərazisinə girdiyini deyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalayıb. İki ölkə liderinin 31 avqust Brüssel görüşündə xarici işlər nazirlərinə sülh sazişi üzərində işləmək tapşırılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG