Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:33

Təhlükəsizlik Şurası İŞİD-ə qarşı qətnaməni yekdilliklə qəbul etdi


BMT Təhlükəsizlik Şurası bütün üzv ölkələri İŞİD-ə qarşı mübarizəyə çağıran qətnaməni yekdilliklə qəbul edib.

BMT Təhlükəsizlik Şurası bütün üzv ölkələri İŞİD-ə qarşı mübarizəyə çağıran qətnaməni yekdilliklə qəbul edib.

İslam Dövləti beynəlxalq sülh və təhlükəsizliyə qlobal və misli görünməmiş təhlükə təşkil edir

Paris şəhərinə qanlı terror basqınının ardınca Fransa tərəfindən layihələnmiş qətnamədə deyilir ki, bu ekstremist qrupa qarşı, onun nəzarəti altında olan ərazilərdə “bütün zəruri tədbirlər” görülməlidir.

Qətnamə, “imkanı çatan bütün dünya ölkələrini”, özünü Suriya və İraq ərazilərində İslam Dövləti elan etmiş ekstremist qruplaşmaya qarşı döyüşə çağırır.

Bu qətnaməyə BMT Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkənin hamısı səs verib.

Misli görünməmiş qlobal təhlükə

“İraqda və Suriyada qərar tutan İslam Dövləti beynəlxalq sülh və təhlükəsizliyə qlobal və misli görünməmiş təhlükə təşkil edir” – deyilir qətnamədə.

BMT Təhlükəsizlik Şurasının qətnaməsi üzv ölkələri İslam Dövləti adlanan təşkilatın və başqa qrupların İraq və Suriyanın bir sıra ərazilərində “qurduğu yuvanı ləğv etməyə çağırır”.

Sənəd həmçinin ölkələri “terror hücumlarının qarşısının alınması üçün səylərini ikiqat artırmağa” dəvət edir.

7-ci maddə xatırladılmır

Buna baxmayaraq, qətnamədə BMT Nizamnaməsinin 7-ci maddəsi xatırladılmır. Bu maddə hərbi gücün tətbiqi üçün spesifik hüquqi sanksiya verir.

Fransa və Rusiya israr edirdilər ki, hərbi qüvvədən istifadə özünümüdafiə baxımından de facto qanuni sayılmalıdır.

Bundan əvvəl Rusiyanın təqdim etdiyi qətnamə layihəsində İŞİD-lə mübarizənin Assad hökuməti ilə koordinasiya edilməsi təklif olunurdu. Lakin bu mətn Britaniyanın və bir sıra başqa ölkələrin vetosu ilə səsə qoyulmayıb.

İŞİD-in kökünün kəsilməsi

Buna baxmayaraq qətnamənin qəbul edilməsi Təhlükəsizlik Şurasının üzvləri tərəfindən alqışlanıb.

Nəhayət oyanıb terrorçularla döyüş dəstəsinə qoşulan hər bir ölkəyə salamlar olsun

“Nəhayət oyanıb terrorçularla döyüş dəstəsinə qoşulan hər bir ölkəyə salamlar olsun” – deyib Suriyanın BMT-dəki elçisi Bashar Jaafari jurnalistlərə.

Britaniyanın baş naziri David Cameron da qətnaməni alqışlayıb və onun qəbulunu “mühüm an” adlandırıb.

“Dünya İŞİD-ə qarşı birləşdi, - deyib baş nazir, - Beynəlxalq birlik bir araya gələrək hər bir ölkə və hər bir dinə təhlükə olan şəri məğlub etmək qətiyyətini nümayiş etdirdi”.

Cameron deyib ki, BMT qətnaməsi İŞİD-in kökünün kəsilməsi üçün geniş beynəlxalq dəstək verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG