Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:08

BMT Rusiya qoşunlarının Moldovadan çıxarılmasını tələb edir


Rusiya qoşunlarının Moldovadan çıxarılmasını istəyən qətnamə layihəsinə səsvermənin nəticələri
Rusiya qoşunlarının Moldovadan çıxarılmasını istəyən qətnamə layihəsinə səsvermənin nəticələri

BMT Baş Assambleyası Rusiya hərbi qüvvələrinin Moldovanın separatçı Dnestryanı bölgəsindən dərhal çıxarılmasına çağıran qətnamə layihəsi qəbul edib.

İyunun 22-də keçirilən səsvermədə bu qətnamə layihəsini 64 ölkə dəstəkləyib, 15 ölkə sənədə qarşı çıxıb. Daha 83 ölkə bitərəf qalıb.

Qətnamə layihəsini Moldova, Gürcüstan, Kanada, Latviya, Litva, Rumıniya, Ukrayna və Estoniya tərtibləmişdilər.

Əhalisi əsasən rusdillilərdən ibarət olan Dnestryanı bölgə Moldovadan ayrıldığını 1990-cı ildə ildə elan edib. O vaxt rusdilli əhali Moldovanın qonşu Rumıniya ilə birləşəcəyindən ehtiyat edirdi.

Moldovanın əksər əraziləri iki dünya müharibəsi arasında Rumıniyanın tərkibində olub.

Moldova qüvvələri və Moskva tərəfindən dəstəklənən Dnestryanı arasında 1992-ci ildə qanlı müharibə olub.

Bu münaqişə Rusiya qoşunları separatçıların tərəfində çıxış etdikdən sonra atəşkəs razılaşması ilə başa çatıb.

Hazırda Moldova ərazisində 1400 Rusiya hərbçisi var. Moskva onların sovet zəmanəsindən qalna silah anbaralarını mühafizə etdiyini bildirir.

Rusiya uzun illər ərzində Moldova ərazisindəki qoşunlarının çəkilməsi çağırışına məhəl qoymayıb.

Dnestryanı bölgənin müstəqilliyi heç bir ölkə tərəfindən tanınmayıb və BMT, habelə ATƏT münaqişənin həlli üçün bir neçə qətnamə təklif edib.

Rusiyanın BMT-dəki missiyası Dnestrayanıya dair səsvermənin bir qədər təxirə salınmasını rica etmişdi, lakin Moskvanın bu xahişi rədd edilib.

Rusiya bildirirdi ki, qətnamə layihəsinin müzakirəsi üçün müəyyən vaxt lazımdır.

BMT-dəki Rusiya səfirinin müavini Dmitry Polyansky deyib ki, bu qətnamə üzrə səsvermə mübahisənin həllli yolunda müəyyən irəliləyişin olduğu bir vaxtda keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG