Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

BMT məruzəçisi ABŞ-ı adi iranlıları yoxsulluğa salmamağa çağırıb


Son aylarda İranın milli valyutası rial xeyli ucuzlaşıb
Son aylarda İranın milli valyutası rial xeyli ucuzlaşıb

Birləşmiş Millətlər Təşkilatının eksperti Vaşinqtonun 2015-ci il nüvə sazişindən çıxmasının ardınca İranın üzərinə ABŞ sanksiyalarının bərpa edilməsini pisləyib və deyib ki, bu hərəkət “milyonlarla insanı yoxsulluğa sürükləyir”.

BMT-nin xüsusi məruzəçisi Idriss Jazairy bu bəyanatı avqustun 22-də səsləndirib.

İrana qarşı Tehranın neft-qaz sektorunu hədəfləyən sanksiyaların ikinci dalğası noyabrın əvvəllərindən qüvvəyə minəcək.

Jazairy deyib: “Beynəlxalq sanksiyaların qanuni məqsədi olmalıdır. Onlar proporsional olmalı, adi vətəndaşların insan haqlarını pozmamalıdır. Bu halda bu kriteriyalardan heç birinə əməl edilməyib”.

ABŞ sanksiyalarını “ədalətsiz və ziyanlı” adlandıran ekspert bildirib ki, “bu sanksiyalar İran iqtisadiyyatını və valyutasını çökdürməklə milyonlarla insanı yoxsulluğa sürükləyir və idxal olunan malların qiymətlərini əlçatmaz edir”.

Jazairy Birləşmiş Ştatları “kənd təsərrüfatı məhsullarının, ərzaqın, dava-dərmanın və tibb vasitələrinin İrana gətirilməsini mümkün etməyə çağırıb.

Trump bildirir ki, ABŞ İranın ziyanlı fəaliyyətlərinə son qoymaq məqsədilə onun neft ixracatının sıfra enməsinə çalışacaq.

Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton avqustun 22-də deyib ki, Vaşinqtonun məqsədi İran hökumətini devirmək yox, Tehranın davranışını dəyişməkdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG