Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

BMT komissiyası Yəməndə hərbi cinayətlərin törədildiyini deyir


BMT-nin insan haqları ekspertləri avqustun 28-də bildiriblər ki, Səudiyyə koalisyasının Yəmən müharibəsində həyata keçirdiyi hava zərbələri ağır insan tələfatı ilə müşayiət olunub və bəzi hallarda hərbi cinayətlər kimi qiymətləndirilə bilər.

Reuters agentliyinin verdiyi məlumata görə ekspertlər komissiyasının rəyində deyilir ki, Yəməndəki huti qiyamçıları da Səudiyyə Ərəbistanı ərazisinə raketlərlə atəş açıblar və Yəmən şəhəri Taizi toplardan atəşə tutublar. Komissiya onları işgəncələr törətməkdə və uşaqlardan əsgər kimi istifadə etməkdə ittiham edib. Bunların hər ikisi hərbi cinayət sayılır.

Səudiyyə koalisiyası Abed Rabbo Mansour Hadi-nin hakimiyyətini bərqərar etmək istəyir
Səudiyyə koalisiyası Abed Rabbo Mansour Hadi-nin hakimiyyətini bərqərar etmək istəyir

Qərb təyərəfindən dəstəklənən və sünni ərəb ölkələrindən ibarət olan Səudiyyə koalisiyası Yəmən prezidenti Abd-Rabbu Mansour Hadi-nin beynəlxalq birlik tərəfindən tanınmış hakimiyyətini bərpa etməyə çalışır. Hadi 2015-ci ildə İrana müttəfiq huti qiyamçıları tərəfindən paytaxt Sanadan çıxarılıb.

Ekspertlər bildiriblər ki, onlar Səudiyyə alyansını silah və kəşfiyyat məlumatı ilə təchiz edən Birləşmiş Ştatları və Britaniyanı, habelə İranın hutilərə dəstəyi məsələsini nəzərdən keçirməyiblər. Əvəzində onlar müharibənin sona çatdırılması məqsədilə bütün ölkələri silah satışını məhudlaşdırmağa çağırıblar.

"Hamının əli qana bulaşıb"

Komissiya sədri Charles Garrawaydeyib ki, onlar habelə bu müharibədə rolu olan əl-Qaeda və İŞİD-in hərəkətlərini araşdırmayıblar, lakin bunu demək mümkündür ki, burada “hamının əli qana bulaşıb”.

BMT İnsan Haqları Şurasına təqdim olunmuş bu hesabat Yəməndə mümkün hərbi cinayətlərin ilk araşdırmasının nəticələrini əks etdirir. Hesabatın açıqlanması prezident Hadi və hutilər arasında sentyabrın 6-na təyin edilmiş BMT danışıqlarının ərəfəsinə təsadüf edir. Danışıqlar Cenevrədə keçirilməlidir.

Yəməndəki huti döyüşçülər
Yəməndəki huti döyüşçülər

Yəmən müharibəsində indiyədək 10 mindən çox insan həlak olub, daha 8, 4 milyon insan aclığa yaxın şəraitdə yaşayır.

Hesabatda deyilir ki, koalisiyanın hava zərbələri son üç ildə yaşayış məskənlərini, bazarları, yas mərasimləri və toyları, saxlama məntəqələrini, mülki qayıqları və hətta tibb müəssisələrini hədədfləyib.

Bu da bildirilir ki, koalisiya qüvvələri Qırmızı dənizdə və Sana hava limanında sərt məhdudiyyətlər qoymaqla yəmənliləri həyatı malların təchizatından məhrum edib.

Sənəddə bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin hərbi heyəti və onlara bağlı qüvvələr saxlananları və miqrantları zorlamalara məruz qoyub.

Səudiyyə Ərəbistanı deyib ki, bu hesabatın araşdırılmasını özünün hüquq komandasına həvalə edib.

BƏƏ-nin xarici işlər naziri Anwar Gargash deyib ki, bu hesabat ciddi öyrəniləcək, “amma bu region İranın müdaxiləsindən qorunmalıdır”.

Huti rəsmiləri hələlik hesabatla bağlı şərh verməyiblər.

Garraway bildirib ki, koalisiyanın komandirləri “hədəflənməməli obyektlərin siyahısına” məhəl qoymayıblar.

O habelə bildirib ki, hədəflənmə prosesini öyrənməsi üçün komissiyaya imkan yaradılmayıb.

Yəmənə onlarca səfər etmiş komissiya üzvləri deyiblər ki, onlarda müharibə qaydalarını pozmaqda şübhəli sayılanların məxfi siyahısı var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG