Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 12:15

Ban ki moon: 'Mənim vəzifəmi qadın davam etdirməlidir'


Ban Kin-Mun
Ban Kin-Mun

The Guardian qəzeti yazır ki, Birləşmiş Millətlər təşkilatı baş katibi Ban Ki-moon deyib ki, yarandığından sonraki 70 ildə ilk dəfə bu təşkilatı bir qadın idarə etməlidir.

O özünün ikinci 5 illik sədrliyi müddətini başa vuran ərəfədə bildirir ki, 8 kişi sədrdən sonra artıq tam vaxtıdır ki, bu təşkilatı bir qadın yönəltsin.

İndi Ban Ki-moon-un yerinə keçmək uğrunda 6 kişi və 5 qadın mübarizə aparır.

Ban ki-moon deyib ki, qərar onun əlində deyil. Qərarı təhlükəsizlik şürasının 15 üzvü verməlidir. Onlar öz töviyyələtini əsas məclisin 193 üzv ölkəsinin ixtiyarına verməlidilər.

Hazırda biz siyasətdə, milli hökümətlərdə, biznesdə və mədəniyyətdə görməkli qadınların olduğunu görürük. Bəs Birləşmiş Millətlər təşkilatında niyə olmasın?

O heç bir konkret ad çəkməsə də , indi xeyli sayda ciddi, dünyanı dəyişəcək və başqa dünya liderləri ilə dil tapacaq qadınların olduğunu deyib.

BMT-ın baş katibi deyir ki, bu əlbəttəki onun sadə bir təklifidir. Hər şeysə üzv ölkələrin qərarından asılıdır.

İndiyə qədər bu postu dünyanın bir çox ölkə və qitələrindən adamlar tutublar. İndi isə Rusiya da daxil olmaqla Şərqi Avropa öz namizədlərini seçmək istəyir.

The Guardian yazır ki, indi sədrlik uğrunda 56 ölkənin qrupları yarışır.

Təhlükəsizlik şürasının seçkiyə qədər keçirdiyi iki qeyri-formal səsvermədə ən yüksək şanslı qadınlar namizəd siyahıda 3-cü yerdə yer alıb.

Qeyri-formal səsvermədə namizədlər arasında əsas iki qadın, Bolqarıstandan İrina Bokova və Argentinanın xarici işlər naziri Susana Malcorra yuxarı pillələrdə yer alıblar.

Ban ki-moon 2016-ci il 31 dekabrda ofisi təhvil verir.

XS
SM
MD
LG