Keçid linkləri

Təcili xəbərlər
2023, 21 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:34

BMT Təhlükəsizlik Şurasında Türkiyənin Afrinə hücumu müzakirə edilib


Trükiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusunun döyüşçüləri Afrinə hücum ərəfəsində

BMT Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın Afrin bölgəsində kürd yaraqlıları üzərinə hücumunun intensivləşməsi və Suriyada humanitar böhranın pisləşməsi məsələlərini müzakirə edib.

AFP xəbər verir ki, Təhlükəsizlik Şurasının bu iclasında Türkiyənin hücumu pislənməyəib və onun dayandırılmasına çağırış səslənməyib.

Suriyadakı humantitar vəziyyətə dair BMT-nin yardım üzrə baş müvəkkili Mark Lowcock-un hesabatını dinləyən Təhlükəsizlik Şurası Türkiyənin İdlib və Şərqi Quta istiqamətindəki hücum əməliyyatları məsələsinə də toxunub.

Bundan əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan etmişdi ki, Afrin üzərinə havadan və qurudan aparılan hücum əməliyyatından geriyə addım atılmayacaq. Türkiyə PKK-nın qolu hesab etdiyi YPG kürd qüvvələrini Afrin anklavından çıxarmağı məqsəd qoyub.

Təhlükəsizlik Şurasının qapalı iclasından sonra danışan Fransa səfiri Francois Delattre deyib ki, Afrin məsələsi də müzakirə edilib.

O deyib ki, bu danışıqlar zamanı tərəflər təmkinə çağırılıb, amma bununla yanaşı Fransa Türkiyənin və onun sərhədlərinin təhlükəsizliyi məsələsinə həssaslıqla yanaşıb.

Diplomatik mənbələr bildirirlər ki, ABŞ səfiri Nikki Haley sözü gedən iclasda şəxsən iştirak etməyib.

AFP yazır ki, Türkiyənin Afrində YPG-yə qarşı apardığı “Zeytun budağı” əməliyyatı ABŞ üçün həssas məsələdir, çünki Vaşinqton özünü İslam Dövləti adlandıran ekstremist qruplaşma ilə mübarizədə YPG birləşmələrinə güvənir.

Qərb narahatdır ki, YPG-yə qarşı hərbi kampaniya son aylarda İD-in ləğv olunmasına yönəlmiş səyləri sarsıda bilər.

Delattre vurğulayıb ki, yaranmış vəziyyətdə başlıca məsələ müttəfiqlərin İD-ə qarşı mübarizədəki birliyinin qorunub saxlanması olmalıdır.

Fransa səfiri bildirib ki, Suriyadakı humantiar fəlakətə görə ilk növbədə məsuliyyət daşıyan məhz Suriya hökumətinin özüdür.

Delattre deyib ki, hadisələr belə inkişaf edərsə, Şərqi Quta humanitar fəlakət mənasında Hələbin taleyini yaşaya bilər.

Rusiya və ABŞ Türkiyənin Afrində həyata keçirdiyi hərbi kampaniya ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Türkiyə iddia edir ki, bu hücuma başlamazdan əvvəl Rusiya ilə razılaşma əldə edib.

XS
SM
MD
LG