Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:12

Bloqqer cəriməni qara qəpiklərlə ödəyəcək


5 qəpikliklər

İnzibati qaydada 200 manat cərimə olunan bloqqer Mehman Hüseynov məhkəmədən sonra qərarın ədalətsiz olması səbəbindən cəriməni ödəməyəcəyini desə də fikrini dəyişib.

Ölkədə iqtisadi vəziyyət çox pisdir, büdcə kəsiri var

Cəriməni ödəməyə qərar verdiyini açıqlayan bloqqer bunları deyib: “Məhkəmədən çıxan kimi bildirmişdim ki, o pulu bu hökumətə verən deyiləm. Elə o 200 manatı gedib kasıb, imkanı olmayan insanlara və ya uşaq evinə verərəm. Amma ürəyim dözmədi, mən yenə də insanlıq eləmək istəyirəm”.

Buna da bax:​ Mehman Hüseynov azad olundu: 'Başıma torba keçirdilər...'

M.Hüseynov qeyd edib ki, ölkədə iqtisadi vəziyyət çox pisdir, büdcə kəsiri var.

Evinə çörək apara bilməyən kasıb məmurlara biganə qala bilmərəm

“Kasıb məmurlarımız evlərinə çörək apara bilmirlər. Mən buna biganə qala bilmərəm, hökumətimizin çətin vaxtlarında ona dəstək olmağa qərara gəldim. Əgər, bu boyda hökumət mənim 200 manatıma ehtiyacı varsa, əgər onların iqtisadi vəziyyəti mənim o 200 manat ilə düzələcəksə, mən canla başla onlara kömək edərəm”, bloqqer ironiya ilə bildirib.

Bloqqer 200 manatı kağız əsginaslarla yox, bir kisə qəpikliklərlə ödəməyə qərar verdiyini açıqlayıb.

Buna da bax: Bloqqerin dönərini bölüşdüyü polislər [psixoloqla müsahibə]

“Bu hökumətin vətəndaşlara verdiyi 1 qəpiklik dəyəri elə özlərinə qaytaracam. Odur ki, 1, 3 və 5 qəpiklik aksiyaya start verirəm. Pulu banka ödəməyəcəyəm, bir kisə qəpiyi aparıb qərarı çıxaran hakimə, polis müstəntiqinin özünə təqdim edəcəyəm”, deyən M.Hüseynov bütün tanışları ona qəpik toplamağa yardıma dəvət edib.

Xatırlatma

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarına saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Buna da bax:​ DİN: 'Mehman Hüseynov yalan danışır'

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Mehman Hüseynovun işgəncə ilə bağlı dediklərini yalan adlandırmışdı:

“Polis orqanlarında nə adam döyürlər, nə adam “toka” verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil ”, DİN sözçüsü açıqlamışdı.

Buna da bax:​

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG