Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Ailəsi həbsdəki bloqqerin incidildiyini bildirir


Bloqqer Rəşad Ramazanovun ailəsi
Bloqqer Rəşad Ramazanovun ailəsi

Həbsdə olan bloqqer Rəşad Ramazanovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində incidildiyi bildirilir.

Bu haqda onun həyat yoldaşı Könül İsmayılova bildirib.

Könül İsmayılova bu gün, iyulun 6-da həyat yoldaşı ilə cəzaçəkmə müəssisəsində görüşüb. Həyat yoldaşının deməsinə görə, Rəşad Ramazanov cəzaçəkmə müəssisəsinin rəhbərlərindən bəzi şəxslərin məhbuslarla rəftarından narazılıq edib:

“Mən Pentensianar Xidmətə şikayət etmişəm. Ancaq şikayətə baxılmayıb. Həyat yoldaşımın taleyindən çox narahatam”.

Penitensiar Xidmətdən Könül İsmayılovanın söylədiklərinə, hələlik, münasibət almaq mümkün olmayıb.

Ancaq bundan öncə qurumdan oxşar şikayətlərlə bağlı bildiriblər ki, məhbuslarla yalnız qanun çərçivəsində davranılır və bu zaman onlara siyasi, dini baxışlarına görə, fərq qoyulmur.

XATIRLATMA

Rəşad Ramazanov 2013-cü ilin may ayında saxlanmışdı. Polis onun üstündən 9 qram heroin tapıldığını açıqlamışdı.

Ancaq Ramazanov narkotikin onun üzərinə sifarişlə qoyulduğunu bildirib.

2013-cü ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Ramazanovu Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitənin qanunsuz saxlanması və satışı) maddəsilə təqsirli bilərək 9 il azadlıqdan məhrum edib.

Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin hökmü dəyişməyib. Bloqqerin işi hazırda Avropa İnsan Hüquqları Məhkəməsindədir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Rəşad Ramazanovu “vicdan məhbusu” kimi tanıyıb. O, həbsindən əvvəl dini mövzuda yazıları və tənqidləri ilə yadda qalıb.

XS
SM
MD
LG