Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:00

Mehman Hüseynov azadlıqda


Mehman Huseynov, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarı önündə, 2 mart 2019, (sağdan 2-ci)
Mehman Huseynov, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarı önündə, 2 mart 2019, (sağdan 2-ci)

Bu gün, martın 2-də bloqer Mehman Hüseynov azadlığa çıxıb.

O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi.
Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlamışdı.

Bu gün, martın 2-də onun həbs müddəti başa çatırdı.

Həbsxanadan çıxan bloggerin ilk ziyarəti

Bu gün, martın 2-də azadlığa çıxan Mehman Hüseynov jurnalist Elmar Hüseynovun qəbri üstünə gəlib. O, Azadlıq Radiosuna bunları deyib.

“ Mən bu gün, martın 2-də səhər saatlarında azadlığa çıxdım. Söz vermişəm ki, bu gün Mehman Hüseynov haqqında yox, Elmar Hüseynov haqqında danışacam. Mən azadlığa çıxan kimi gedib anamım qəbrini ziyarət etdim. Ardınca da qətilə yetirilən jurnalist Elmar Hüseynovun qəbri üstünə gəlmişəm. Bunu özümə mənəvi borc bildim”

Bloqer deyib ki, birinci gün, martın 4-də mətbuat konfransı keçirilib iki illik həbsi haqqında danışacaq:

“ İnanmıram ki, 2 il ərzində nələr baş verib sizə maraqlı olsun. Amma son iki ayda üzləşdiyim haqsızlıqlar barədə geniş açıqlama verecəm.”

Xatırlatma

«Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovu 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib. Hadisənin üstündən 14 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələdə məsuliyyətə cəlb olunmayıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG