Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:06

Biznes mühiti ilə bağlı internet portalı yaradılacaq


Beş ay müddətində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı internet portalı yaradılmalıdır.

Prezident İlham Əliyev bununla bağlı bu gün, avqustun 27-də sərəncam imzalayıb.

Sərəncamla, həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” də təsdiq edilib.

Əsasnamədə qeyd olunur ki, Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması prosesində iştirak edən kollegial orqandır.

Komisiya eyni zamanda, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında, həyata keçirilməsində də iştirak etməlidir.

Bundan başqa, Komissiyanın fəaliyyəti ilə bağlı yerli, xarici ekspertlərin, mütəxəssislərin cəlb edilməsi, habelə müxtəlif tədbirlərin və proqramların həyata keçirilməsindən ötrü maliyyələşmə məqsədi ilə müraciət etmək kimi hüquqları var.

Xatırlatma

Prezident ilham Əliyev 2016-cı il iyulun 13-də “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Bu gün, avqustun 27-də imzalanan sənəd isə həmin sərəncamda öz əksini tapan Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsini nəzərdə tutur.

XS
SM
MD
LG