Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:21

ABŞ səfiri ‘Azərbaycanlı dostlarımızın da bu öhdəliyə qatılmalarına ümid edirəm’


ABŞ-ın Azərbaycandakı səfiri Earle D. Litzenberger (sağ) və Azərbaycavə prezidenti İlham Əliyev, 12 mart 2019

“Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”. ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin 4 iyul Müstəqillik Günü ilə bağlı yaydığı videomüraciətdə belə deyilir.

“Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”. ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin 4 iyul Müstəqillik Günü ilə bağlı yaydığı videomüraciətdə belə deyilir.

Səfir ABŞ dövlətinin çətin və uzunmüddətli mübarizədən sonra yaradıldığını vurğulayıb: "Bizim böyük dövlətimizi məhz xalqımız və vətəndaşlarımızın özü yaratmışdı. Onlar universal hüquq və azadlıqlarına hökumət tərəfindən hörmət ilə yanaşılmasını təmin edirlər. Onlar bilirlər ki, daha mükəmməl birliyin yaradılması və qorunması üçün vaxt və səy tələb olunur.

ABŞ Konstitusiyasının daxilində əks olunmuş “Hüquqlar haqqında qanun” imkan verir ki, bu gün vacibliyi barədə danışdığımız, hər bir kəsin malik olduğu sözügedən hüquqlara hökumət tərəfindən hörmət olunsun və əsas azadlıqların qorunmasını təmin etsin. Sözügedən Birliyin daha mükəmməl edilməsinə dair iş hətta 244 il keçdikdən sonra da davam edir”.

Səfir bu fikrinin davamı olaraq bildirib: “Corc Floydun polislər tərəfindən həbsi zamanı baş vermiş ölüm hadisəsi bizə nümayiş etdirdi ki, hətta indiki zamanda da müəyyən vətəndaşlar ABŞ Konstitusiyasının əhatə etdiyi hüquqları əldə etmək üçün mübarizə aparırlar”.

Li Litzenberger ABŞ-ın iyulun 4-də bu istiqamətdə üzərinə götürdüyü öhdəliyə sadiqliyini yenidən bəyan edəcəyini söyləyib və əlavə edib: “Bizim azərbaycanlı dostlarımızın da dövlətləri daxilində bu öhdəliyə qatılmalarına ümid edirəm”.

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald TrampaMüstəqillik Günü münasibəti ilə təbrik məktubu göndərib.

O, iki ölkə arasında 30 ilə yaxındır uğurlu əməkdaşlıq münasibətləri olduğunu, ABŞ şirkətlərinin Azərbaycanda enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər sahələrin inkişafında mühüm rol oynadığını qeyd edib. Dövlət başçısı eyni zamanda, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə sahəsində də iki ölkə arasında “nümunəvi əməkdaşlıq əlaqələri” qurulduğunu bildirib.

“Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaqdır", - məktubda bildirilir.

XS
SM
MD
LG