Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Bitcoin niyə risklidir?


Dünyanın ən böyük və ən yaxşı tanınan kriptovalyutası Bitcoin dekabrın 26-da 2013-cü ildən bəri ən böyük çəki itkisini bərpa edib.

Dekabrın 26-da günorta onun məzənnəsi 10 faiz artaraq 15 min 300 dollar olub. Halbuki hələ dekabrın 23-də Lüksemburqun Bitstamp birjasında kriptopulun qiyməti 30 faiz düşərək 11 min dollar olmuşdu.

Bitcoin barədə maliyyə ekspertlərinin, bankların və hökumətlərin də narahatlığı onun belə təlatümlü qalxma və enmələrindəndir.

Buna baxmayaraq bu virtual valyutanın populyarlığı azalmır ki, artır.

Independent qəzetinin keçmiş baş redaktoru, habelə aparıcı maliyyə eksperti Chris Blackhurst yazır ki, bəzi adamlar gözlərində sevinc parıltısı ilə bir gecədə qazandıqları pullardan danışırlar. Ekspertin fikrincə hələlik əsl-nəcabəti bilinməyən Bitcoin-in populyarlığını və elə təlatümlərini də artıran bu söz-söhbətlərdir.

Ekspert yazır: “Adamlar iddia edirlər ki, bu da bütün pullar kimi normal puldur. Amma onlar bir məsələni nəzərə almırlar. Bitcoin pul deyil”.

Ekspert yazır ki, valyutanın üç mühüm xüsusiyyəti olmalıdır: o satış dəyərinə malik olmalıdır, mübadilə vasitəsi kimi çıxış edə bilməlidir və maliyyə hesabatı vahidi rolunu oynamalıdır. Bitcoin-də bunlardan hələ yalnız biri, daha doğrusu birincisi var.

Bundan başqa bu valyuta son dərəcə qeyri-sabit məzənnəyə malikdir, onun arxasında duran və ya böhranlarını çözməyə hazır olan bank və ya hökumət yoxdur. Buna görə də bu pulun dəyəri sıfra da düşə bilər.

İkinci və üçüncü xüsusiyyətlərə gəlincə isə, bitcoin hüquqi alqı-satqı vasitəsi sayılmır və onun mühasibat hesabatları dövlət vergi və qeydiyyat orqanlarına təqdim oluna bilməz.

Normal pulun məzənnəsi belə sürətlə dəyişə bilməz

Bitcoin elə böyük valyuta da deyil ki, hökumətlər onunla bond buraxsınlar. Heç bir dövlət öz milli valyutasının ziyan çəkməsini istəməz. Bu valyutadan kreditlərin verilməsi də problemli olardı, çünki onun az-çox sabit məzənnəsi də yoxdur.

Ekspert yazır ki, bitcoin yığım vasitəsi kimi də etibarsızdır. Bu hesabın haker hücumuna məruz qalmayacağına ümid çox azdır. Həm də nəzərə almaq lazımdır ki, bu haker hücumu dünyanın başqa bir ucundan edilə bilər. Məsələn əgər pulunuza Şimali Koreyadan hücum edilibsə, haqq-hesabı kimdən tələb edəcəksiniz?

Ekspert bank böhranını yada salmağa çalışıb. O deyir ki, o vaxt əmanətçilər pullarını itirməmişdilər, çünki əmanətlərin arxasında hökumətlər dayanırdı. Amma bitcoin-in belə bir havadarı yoxdur.

Bitcoin dövlət qarantiyasına malik deyil
Bitcoin dövlət qarantiyasına malik deyil

Chris Blackhurstxəbərdarlıq edir ki, bitcoin-lə ticarət zamanı hər hansı cinayətkar kartel bu ticarətin digər tərəfi ola bilər. Çünki kriptovalyuta məkanında fırıldaqçılarla üzləşmək riski kifayət qədər yüksəkdir.

Ən maraqlısı isə budur ki, bitcoin-in məzənnəsi yüksəldikcə onun ətrafındakı dələduzların da sayı artır. Bu məzənnə qalxdıqca qısa müddətdə daha çox çirkli pulların yuyulması imkanı yaranır.

Elə isə bitcoin-lə ticarətin nəticələri nə ola bilər? Hüquqi sistem buna necə reaksiya verəcək? Kriptovalyuta kriminallaşdırlıla bilərmi? Bitcoin-lərlə ticarət edən hər hansı bir şəxs özü də bilmədən və istəmədən maliyyə cinayəti törətmişdirsə, onda necə olacaq? Ekspertin fikrincə, bitcoin-lə bağlı bu suallar hələlik açıq qalır.

Çirkli pulların yuyulması

Chris Blackhurst bildirir ki, bitcoin-in məzənnəsinin yüksəlməsi artıq indidən çirkli pulların dünya boyunca sərbəst hərəkətinə yol açıb. Məsələn, Londonun dəbdəbəli Notting Hill məhəlləsindəki bir malikanə 17 milyon funt sterlinq qiyməti ilə bazara çıxarılıb…Amma bir şərtlə ki, ödəniş bitcoinlə edilsin. Bu ona görə belədir ki, bitcoin-lə alış-veriş rəsmi bank sistemindən yan keçir.

Lakin əgər bu alqı-satqı bank sistemindən yan keçirsə, sabah hər hansı problem ortaya çıxadıqda hara müraciət ediləcək?

Londonun bahalı Notting Hill rayonu
Londonun bahalı Notting Hill rayonu

Malikanən satanlar deyirlər: “Biz düşünürük ki, bitcoin-lə alqı-satqı gələcəkdə hər hansı vəkillərin bu prosesə müdaxiləsinə ehtiyac qoymur. Biz bitcoin-lə işləyən ilk şirkət olmaq istəyirik. Bu, banklarla iş görməkdən və aşırı tənzimlənməyə məruz qalmaqdan azad edir”.

Ekspert sual verir ki, bank tənzimləmələrinin aşırı olmasını nə vaxtdan fərdi şəxslər müəyyən etməyə başlayıblar? Hansı qaydalara əməl edib-etməmək nə vaxtdan müştərinin seçimi olub?

Mülkiyyət alış-verişini bitcoin-lə etmək daha sərfəli və daha cəlbedici görünür, çünki belədə alqı-satqı zamanı qaydalar, tənzimləmələr və nəzarət olmur.

Chris Blackhurst yazır ki, bir neçə ilin içərisində kriptovalyuta sahibləri başlarına döyməli olacaqlar. Bundan əvvəlki investisiya böhranları zamanı da belə olub. Burada insanların tez bir zamanda az pul qoyub, çox pul götürmək kimi təbii istəyi xüsusi rol oynayır.

Ekspertin fikrincə, bitcoin sövdələşmələri nəticəsində var-yoxlarından olanlar sonradan sərt və dədə-baba üsulu ilə tənzimləmənin qədrini biləcəklər.

Blackhurst yazır ki, “yaxşı şeylərə inanmaq istəyi bizim təbiətimizdədir. Bizə elə gəlir ki, maliyyə təlatümləri artıq keçmişdə qalıb”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG