Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:27

Bişkek Bakının qınağına təəssüflənir


Qırğızıstan bayrağı
Qırğızıstan bayrağı

Qırğızıstan Xarici İşlər Nazirliyi bu ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad bəyannaməsinin siyasi bəndlərinə qoşulmaması ilə bağlı Azərbaycanın xarici siyasət idarəsinin reaksiyasını təəssüflə qarşılayıb.

Bu barədə Qırğızıstan XİN-in saytında dərc edilən bəyanat-da deyilir.

Bundan öncə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabad bəyannaməsinin bəndləri ilə bağlı mövqeyindən təəccübləndiyini bildirmişdi.

“Hesab edirik ki, bu regional birlik ilk növbədə iqtisadi məsələlərin həllinə yönəlib. Bununla əlaqədar nümayəndə heyətlərinin əksəriyyəti həm təşkilatın özünü, həm də İslamabad bəyannaməsini siyasiləşdirməməyə tərəfdar olub. Qırğızıstan bəyanatın qəbuluna mane olmayıb. Sadəcə, onun siyasi bəndlərini təqdir etməyib”, - Qırğızıstan XİN-in bəyanatında belə deyilir.

Bəyanatda deyilir ki, Qırğızıstan bundan sonra İƏT üzvləri, eləcə də Azərbaycanla qarşılıqlı əlaqələri möhkəmləndirmək və genişləndirməkdə maraqlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG