Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:44

I və IV qrupların imtahanı başa çatıb


Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün, mayın 12-də 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə I və IV ixtisas qruplarında keçirdiyi qəbul imtahanı başa çatıb.

İmtahan prosesinin idarə olunmasından ötrü DİM-də operativ qərargah fəaliyyət göstərib. “Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb”, DİM qeyd edir.

DİM onu da bildirir ki, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədiklərindən imtahana buraxılmayıblar:

“ Bundan əlavə köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək”

Bu gün, mayın 12-də saat 16.00-da DİM-in “ Facibook” səhfəsi və “ Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək, Mərkəzin məsul əməkdaşları, ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verəcəklər.

“Mayın 13-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur”,DİM bildirir.

--

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün, mayın 12-də 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə I və IV ixtisas qruplarında qəbul imtahanı keçirəcək.

DİM imtahanın 11 şəhərdə keçiriləcəyi barədə məlumat yayıb.

Bura Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz daxildir.

Bildirilir ki, ümumilikdə 59 binada keçiriləcək imtahanların idarə olunmasına 235 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2562 nəzarətçi-müəllim cəlb olunub.

“İmtahanda 32173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent isə IV qrup üzrə imtahan verir.”,-deyə DİM qeyd edib.

Abituriyentlərdən 29 min 348-i Azərbaycan bölməsinin (I qrup üzrə 24949, IV qrup üzrə 4399 nəfər), 2 min 825-i isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur.
28 min 288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 48 nəfər ali təhsil, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrindən gəlib. 164 abituriyent xarici ölkə vətəndaşıdır.

Ən yaşlı abituriyent 1966-cı il, ən gənci isə 2004-cü il təvəllüdlüdür.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır və 3 saat davam edəcək.

Multimedia

XS
SM
MD
LG