Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

"Otxod" sözünə Rusiyadan, Ukraynadan, Almaniyadan etirazlar- [Video]


Astan Şahverdiyev
Astan Şahverdiyev

Milli Məclisin deputatı Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıları "otxod" (tullantı) adlandırmasına həm Rusiyadan, həm də başqa ölkələrdə yaşayan azərbaycanlılardan, onlarla çalışan yerli vətəndaşlardan etirazlar gəlməkdə davam edir.

"Otxod" ittihamına Rusiyadan, Avropadan etirazlar
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Diaspor təşkilatları etiraz edir

“Milli Məclisin deputat Astan Şahverdiyevlə bağlı ölçü götürməsini və deputatın üzr istəməsini gözləyirik”.

Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu və Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının deputat Astan Şahverdiyevin Rusiyadakı azərbaycanlılara yönəlik açıqlamaları ilə bağlı bəyanatında belə deyilir.

APA-nın xəbərinə görə, bəyanatda deputatın açıqlamasının Rusiyada yaşayan azərbaycanlılar arasında kəskin hiddətə səbəb olduğu vurğulanır.

Buna da bax:​ 'Astan Şahverdiyevin təhqiramiz sözlər işlətdiyi təsdiqlənsə…'

“Biz Milli Məclisin Astan Şahverdiyevlə bağlı ölçü götürməsini və onun üzr istəməsini gözləyirik. Rusiyada istər tarixən, istərsə də hazırda Azərbaycanı təmsil edən dəyərli ziyalılar var. Rusiyanın elm, iqtisadiyyat, o cümlədən ictimai-siyasi həyatında böyük nüfuza malik azərbaycanlılar üçün deputatın belə bir açıqlaması məyusedicidir” deyə açıqlamada qeyd olunub.

Diaspor təşkilatları müraciəti Milli Məclisə də göndərəcəklərini, deputat üzr istəməyəcəyi təqdirdə isə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Buna da bax: A.Şahverdiyev: 'Fikirlərimi düzgün ifadə etməmişəm'

Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat Azadlıq Radiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

O, sonradan moderin.az saytına müsahibəsində deyib ki, ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüflənir: «Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq».

Bundan əvvəl də bəzi deputatların toplumun sərt narazılığı ilə qarşılanan açıqlamaları olmuşdu.

Buna da bax:

Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG