Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:51

Bir neçə məntəqədə də nəticələr ləğv edilib, amma...


Azərbaycanda növbədənkənar parlament seçkisi, 9 fevral 2020

MSK şikayətləri təmin etməyib

Fevralın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin 9 saylı seçki məntəqəsində seçkinin nəticələrini etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

MSK-dən verilən məlumata görə, araşdırma zamanı sosial şəbəkələrdə yayılmış görüntülər araşdırılıb və 9 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərinin iradəsini əks etdirmədiyi üzə çıxıb. Nəticədə qeyd olunan məntəqədə seçkinin nəticələri etibarsız hesab edilib.

Amma bu dairədə yekun nəticə dəyişməyib.MSK bu dairədə Aqil Abbasovu lider namizəd açıqlayıb.

MSK habelə, 82 saylı Ağcabədi Seçki Dairəsində deputatlığa namizədliyi qeydə alınmış Hüseyn Talıbov, Fərid Məmmədov, Cavid Hacıbəyli və başqalarının müraciətinə baxıb.Bu dairədə da yalnız bir- 3 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.

Bu dairədə isə lider namizəd Tahir Rzayevdir.Burada da yekun nəticə dəyişməyib.

66 saylı Biləsuvar , 28 saylı Sabunçu Üçüncü və 68 saylı Cəlilabad Kənd seçki dairələri ilə bağlı şikayətlər isə Mərkəzi Seçki Komissiyası tam təmin etməyib.

Qərarlara, hələlik, şikayətçilərin özündən münasibət almaq mümükün olmayıb.

***

Fevralın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bir neçə məntəqədə seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı qərarlar qəbul edilib.

MSK 48 saylı Yevlax Seçki Dairəsi üzrə 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. "MSK sosial şəbəkələrdə məntəqələrlə, o cümlədən 6 saylı məntəqə ilə bağlı yayılmış görüntüləri və protokolları da araşdırıb. MSK-nın araşdırması zamanı yalnız 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb", qurumdan vurğulanıb.

Bir məntəqədə nəticənin ləğvi dairə üzrə yekun nəticəni dəyişməyib.

MSK bu dairədən İlham Məmmədovun lider namizəd olduğunu açıqlayıb.

İclasda həmçinin, 11 saylı Qaradağ Seçki Dairəsinin 25 saylı məntəqəsində də seçkinin nəticəsi etibarsız hesab edilib.

MSK-dan bildirilib ki, qurum 11 saylı Qaradağ Seçki Dairəsi üzrə seçki məntəqələri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri də araşdırıblar. "Araşdırma zamanı 2 məntəqə üzrə protokollar götürülüb və müqayisəli şəkildə araşdırılıb. Araşdırma zamanı yalnız 25 saylı məntəqədə seçkinin nəticələrinin seçicilərin iradəsinin ifadə etmədiyi üzə çıxıb və 25 saylı məntəqədə seçkilərin nəticələri ləğv edilib.”, qurumdan qeyd ediblər.

Bu dairədə də yekun nəticə dəyişməyib.Buradan isə Aydin Hüseynov lider namizəd sayılır.

İclasda 30 saylı Suraxanı birinci seçki dairəsindən də namizədlər Ziya Quliyev, Afiq İsrafilov və digərlərinin müraciətinə baxılıb.

MSK-dan verilmiş məlumata görə, müraciətlə əlaqədar araşdırma aparılıb: "Araşdırma zamanı dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib",qurumdan bildirilib.

Nəticədə MSK namizədlərin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edilib.

MSK bu dairədən isə lider namizəd kimi Sevinc Fətəliyevanı açıqlayıb.

Hər 3 qərara, hələlik, şikayyətçi tərəflərin münasibətini almaq mümükün olmayıb.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Artıq dörd dairədə nəticələr ləğv edilib. Habelə 20-yə yaxın dairədə 60 civarında məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən bəzi qüvvələr isə bu seçkiləri boykot etmişdilər. Onlar hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur.

Rəsmilər bu mövqeyi qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG