Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:16

Sənin aldığın mənzil daha birisinə satılıbsa... [video]


Ev satan fırıldaqçılardan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Ev satan fırıldaqçılardan necə qorunmalı [A-Live]

Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılması haqda iddiaların ardı-arası kəsilmir. Millət vəkilləri hələ bir neçə il öncə bu problemin kökündən həlli üçün qanuna dəyişiklər təklif edirdi. Amma qanuna dəyişmələrlə bağlı hələ ki bir səs-soraq yoxdur.

Evinin iki nəfərə satılması problemi ilə üzləşənlərdən biri də Mənsurə Özdəmirdir. O, 7 il öncə Yeni Yasamalda inşa olunan yeni tikilidə 34 min manata iki otaqlı mənzil adlığını, amma həmin mənzilin başqa bir nəfərə də satıldığından şikayətçidir:

Buna da bax:​ Ev sahibindən xəbərsiz 'propiska'

“Biz gəlib bu evə baxdıq, bəyəndik. Ofisləri aşağıda idi. Şərtləri ilə razılaşdıq və alqı-satqı haqda müqavilə imzaladıq. Amma 2016-ci ildə bizə deyildi ki, aldığınız ev iki nəfərə satılıb”.

Bu durumla qarşılaşan təkcə Mənsurə Özdəmir deyil. Azı 2010-cu ildən bəri evi bir neçə nəfərə satılanlar Bakı şəhər İcra Hakimiyyətindən tutmuş, Baş prokurorluq, Prezident Administrasiyasınadək müxtəlif yerlərdə dəfərlərlə etiraz aksiyası keçiriblər.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, bir mənzili bir neçə satmaqda ittiham olunan şirkətlərlə bağlı cinayət işləri başlanıb. Hər işi ayrılıqda istintaq araşdırır:

Buna da bax: '60 mənzil 90 nəfərə satılıb, indi də qaçıb gizləniblər'

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

“Bu işlərin bir qismi məhkəmələrə göndərilib. Bəziləri barəsində hökm də çıxarılıb. Yəni, bütün işlər istintaqda araşdırılır və məhkəmələrə göndərilir. Amma işlərin hamısı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmır. Əksəriyyəti Daxili işlər orqanlarında aparılır”.

2014-cü ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsi çoxmənzilli binalarda bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı problemi həll etmək üçün dövlət qurumlarına təkliflər vermişdi. İdarənin böyük prokuroru Ramin Hüseynov yerli mediaya müsahibəsində bildirmişdi ki, yaranmış problemin əsas səbəbi alqı-satqı müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olmaması, bu müqavilələrin heç bir reyestrdə qeydə alınmamasıdır.

Buna da bax:​ 'Mənə satılan evi başqası təmir edir...'

Millət vəkilləri də onlara bununla bağlı xeyli vətəndaşlardan şikayət gəldiyini və qanuna dəyişiklik edilməsini təklif etmişdilər. Amma 3 ildir ki, bu sahədə bir yenilik yoxdur.

Bunun səbəbini milli məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa belə izah edir:

Fazil Mustafa
Fazil Mustafa

“Ola bilsin ki, parlamentdə də bəzi insanlar qanunun dəyişdirilməsinə maraqlı deyillər. Çünki tikinti biznesi ilə məşğul ola bilənlər ola bilər. O ki, qaldı vətəndaşın bu cür hallardan özünü qorumasına bu mümkün deyil. Bunu ancaq dövlət və hüquq mühafizə orqanları vasitəsilə cəzalar sərtləşdirilmir. Ona görə də onlar özlərinə himayə tapırlar. Bu işin arxasında duranlar pul qazanır. Bir nəfər fağırı tapıb verirlər güdaza qalanları isə öz işlərinə davam edirlər”.

Buna da bax:​ Bir mənzili bir neçə nəfərə satmaq çətinləşəcək

Fazil Mustafa düşünür ki, qanunlardakı boşluqlar, cəzaların ağırlaşdırılmaması, tikinti şirkətlərinin himayə olunması kimi hallar vətəndaşların aldadılmaq riskini artırır.

Bəs, Bakı sakinləri nə fikirləşir? Sizcə, tikinti şirkətləri niyə bir mənzili bir neçə nəfərə sata bilirlər sualı ilə Bakıda sorğu keçirmişik. Cavablara baxaq.

Necə eləyəsən ki, mənzil alanda aldanmayasan? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Evinin hazır olub, yeni mənzilinə köçəcəyi ümidi ilə yaşayan Mənsurə Özdəmirsə hüquqlarının qorunmasını istəyir. Onun şikayəti məhkəməyə qədər gedib çıxıb. Amma deyir ki, problemi həll olunmur. Hər dəfə mənzilinə gələndə isə kilidin dəyişməsinə şahid olur.

Buna da bax:​ «Birinci kim köçdüsə, mənzil onundur»

Mənsurə Özdəmir ümid edir ki, tezliklə mənzil problemi həllini tapar. Onun kimi evinə keçəcəyi ümidində olanlar mənzilinin başqa bir sahibinin də olduğu xəbərini eşitməzlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG