Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:56

15 nəfərin ölümü ilə bağlı məhkəmə istintaqı yekunlaşdı


Azadliq prospektində yanan binanın söndürülmə anı
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

Azadliq prospektində yanan binanın söndürülmə anı

Ötən il mayın 19-da Binəqədidə 15 nəfərin ölümünə yol açan yanğınla bağlı təxminən yarımildir davam edən məhkəmə yekunlaşıb. Dekabrın 15-də bu iş üzrə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Fərid Nağıyev çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə dörd gün vaxt verib. Dekabrın 20-də prokuror çıxış edib, təqsirləndirilən şəxslərə cəza istəyəcək.

VİDEOÇƏKİLİŞ MATERİALA ƏLAVƏ OLUNSUN

Bugünkü məhkəmədə həmçinin, prosesdə təqsirləndirilən şəxslərdən - yanan binanı üzləmiş «Global Construction» və poliuretan üzlükləri istehsal edən «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatət qaldırıb. Deyib ki, yanğın zamanı hadisə yerinə baxış keçirilib, «Sony» markalı kamera ilə videoçəkiliş aparılıb. Amma həmin videoçəkiliş cinayət işinin materiallarından çıxarılıb. Müdafiəçi videoçəkilişin yenidən cinayət işinə əlavə olunmasını istəyib.

Buna da bax-'Müşavirədə prezidenti aldatdılar'

İlhamə Həsənovanın daha bir vəsatəti Miryusif Mahmudovun istintaqa ilkin ifadəsinin sübutlar siyahısından çıxarılması haqda olub.

Vəkillər rəy vermiş ekspert Azər Vəliyevin də məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıblar. Vəsatəti əsaslandırarkən bildiriblər ki, onun rəyində tədqiqat və nəticə hissəsi bir-birinə ziddir.

Miryusif Mahmudov vəsatətlərə münasibət bildirərkən bir daha binanın qəsdən yandırıldığını deyib. Onun fikrincə, Binəqədidən əvvəl Xətai rayonunda yerləşən yaşayış binasında, eləcə də Nərimanov rayonunda Veteranlar Şurasının yerləşdiyi binada baş vermiş yanğınlar da qəsdən törədilib və bir-biri ilə əlaqəlidir.

Buna da bax-Yanan bina işi: Neftə hopdurulmuş kəndirlə binanı kim yandırmaq istəyib?

Vəsatətlərin heç biri təmin olunmayıb. Ardınca məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev məhkəmə istintaqının yekunlaşdığı haqda qərarı elan edib.

XATIRLATMA

Binəqədi yanğınına görə məhkəmə qarşısına ümumilikdə 8 nəfər çıxarılıb. Onlar Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, binanı üzləyən «Global Construction» və həmin poliuretan üzlükləri buraxan «Qlobal Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov, «Global Stone»un baş direktoru Uğur Bəşirov, «Global Construction»ın sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin keçmiş rəisi Nizami Orucov, «Dərnəgül Boru» Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyovdur. Bu şəxslər Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG