Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:59

Binəqədi susuzluqdan yanır


Illüstrasiya
Illüstrasiya

►Sakinlər boş suqabları ilə küçə-küçə gəzib su axtardıqlarını deyirlər

“Yayın cırhacırında həyət-baca susuzluqdan cadar-cadar olub. Milyonlarla pul ayrılır, yollar qazılır, deyirlər, “su çəkirik”, gəl ki, su yoxdur”.

Binəqədi qəsəbəsinin Şirvani küçəsinin sakinləri “Qaynar xətt”ə susuzluqdan şikayət ediblər. Sakin Fuad Hətəmov deyir, hər il belədir – yay gəldi, bir ovuc suya həsrət qalırlar:

“QAZANCIM SU MAŞININA GEDİR”

“Yay gəldi, hər ay su maşınına azı 300 manat verirəm. Demək olar ki, qazancım elə su maşınlarına gedir. İstilər düşən kimi su da qəhətə çıxır. Bütün qəsəbə bu vəziyyətdədir”.

Qəsəbə sakini Ələsgər Əsgərov deyir, mayın ortalarından suqabları ilə küçə-küçə gəzir:

“Boş suqabları əlimizdə, küçə-küçə düşüb su axtarırıq. Az qala, günaşırı yolları söküb tökürlər, gətirib su borularını ora-bura atırlar, gəl ki, ortada bir ovuc su görünmür”.

KÜÇƏLƏRDƏ SUYUN VƏZİYYƏTİNƏ BAXIŞ KEÇİRİLİB

Sakinlər içməli su tələb edirlər. Binəqədi bələdiyyəsindən isə bildirilib ki, qəsəbənin bir sıra ərazilərində içməli suyun verilməsində yay mövsümü ilə əlaqədar müəyyən problemlər yaşanır.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

Qurumun məlumatına görə, mövcud problemləri aradan qaldırmaq, yerində araşdırmaq və sakinlərlə görüşmək üçün icra nümayəndəsi, bələdiyyə sədrinin müavini, Binəqədi Sukanal İdarəsinin məsul nümayəndələri qəsəbənin Şirvani, Qarayev, Ələkbərov küçələrində sakinlərlə görüşublər. Magistral xətdən verilən ayrıntının təzyiqini yoxlayaraq aidiyyəti üzrə tapşırıqlar verilib.

“AZƏRSU” DEYİR, PROBLEM QALMAYACAQ

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Region TV”-yə bu yay Bakıda su probleminin olmayacağını deyib. O bildirib ki, Bakının bütün mənbələrinə verilən suyun göstəriciləri standartlara uyğundur.

“Havaların isti keçməsi suya tələbatı artırsa da, narahatçılığa əsas yoxdur. Bu yay su təminatının ən yüksək səviyyədə olması üçün “Azərsu” ASC işləri sürətləndirib”, məlumatda belə deyilir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 30 iyun

Azərbaycan bazarında saxta mallar
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 30 iyun

Pivəçi:"Dövlətdən xahiş edirəm, kömək eləsin"
XS
SM
MD
LG