Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Türkiyə parlamentinin spikeri Binali Yıldırım Azərbaycana gəlib


Binali Yıldırım
Binali Yıldırım

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-i axşam saatlarında Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, Binali Yıldırımı Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Binali Yıldırımın ölkə rəsmiləri ilə görüşü gözlənir.

Bu, Binali Yıldırımın TBMM sədri kimi Azərbaycana ilk səfəridir.

Bundan əvvəl Türkiyədə baş nazir vəzifəsində çalışan Binali Yıldırım bu il iyulun 12-də parlamentin sədri seçilib.

XS
SM
MD
LG