.
Yanvarın ilk günündə Bakıda Dəmir Yolu Vağzalında bilet satışı dayanıb. Kassaların qarşısına toplaşan sərnişinlər AzadlıqRadiosunun əməkdaşlarına deyiblər ki, nə kassalardan, nə də internet saytından bilet ala bilmirlər.
Vağzal rəsmiləri sərnişinlərə bileti internet saytından almağı məsləhət görsələr də saytda biletlərin satışına dair bölmə də işləmir.
Amma vağzalda bileti rəsmi qiymətindən baha satan möhtəkirlərə də rast gəlinir. Məsələn, əvvəllər qatara plaskart yerə rəsmi qiyməti 5 manat 50
qəpik olan biletləri möhtəkirlər vağzalda 7 manata, əslində 8 manat olan “kupe”yə biletləri isə 10 manata təklif edirdilər.
Hələlik bu problemlə Dövlət Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətindən hər hansı reaksiya ala bilməmişik. Ona görə bileüt satışının niyə dayanması,
vəziyyətin neçə gün belə davam edəcəyi barədə məlumat ədlə etmək mümkün olmayıb.
Amma Yeni il ərəfəsində bu cəmiyyətin rəsmiləri bildirmişdilər ki, bayramla əlaqədar sərnişinlərin sayı çoxaldıqca qatarlara əlavə vaqonlar qoşacaqlar. Cəmiyyətin sözçüsü sərnişinləri səfərlərini əvvəlcədən planlaşdırıb biletləri öncədən almağa çağırmışdı.