ABŞ-ın vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Petro Poroshenkonu siyasi və iqtisadi islahatları fəal şəkildə davam etdirməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda bir sıra Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaları qaldıra bilər.
O, beynəlxalq əlaqələr şurasının Nyu-Yorkda keçirilən iclasında çıxış edərkən qeyd edib ki, əgər Ukrayna bəhanə versə, hazırda sanlsiyaları qaldırmağa hazır olan 5 belə ölkə var.
Bidenin sözlərinə görə, Ukrayna böhranından bu yana hər həftə Ukrayna rəhbərliyinə 3-4 dəfə telefon açır, həmçinin Almaniya, Fransa və İtaliyanı sanksiyaları saxlamağa çağırır.
Biden bundan bir gün əvvəl BMT-nin Baş Assambleyasının sesiyası çərçivəsində Petro Poroshenko ilə görüşüb və ölkəsinin Ukraynaya 1 milyard dollarlıq kredit təminatı verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi 2014-cü ildə Krımnilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.