Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Biden 9, Sanders 3 ştatda qalibdir


Joe Biden
Joe Biden

İlkin nəticələrə görə, Joe Biden azı 9 ştatda praymerizi udub, Texas da həmin ştatlar sırasındadır.

Bernie Sanders isə hələlik, Vermont, Kolorado və Yutada öndə gedir.

Bəzi media orqanları Sandersin Kaliforniyada da qalib gəldiyini yazırdılar. Ancaq CNN və digərləri həm Kaliforniya, həm də Meyn ştatında nəticələrin hələ bəlli olmadığını bildirir.

İlkin nəticələr Bidenin azı 317, Sandersin 238, Bloomberg-in 12 nümayəndə qazandığını göstərir.

Bu praymerizdən öncə Biden 3 keçmiş rəqibinin dəstəyini qazanıb – Pete Buttigieg, Amy KlobucharBeto O'Rourke yarışmadan geri çəkilərək onu dəstəkləyiblər. O'Rouke Texas, Klobuchar isə Minnesota ştatındandır.

***

İlkin nəticələrə görə, keçmiş vitse-prezident Joe Biden martın 3-də keçirilən praymeriz seçkisində 8 ştatda qalibdir. ABŞ xəbər şəbəkələri Bidenin Alabama, Arkanzas, Massaçusets, Minnesota, Oklahoma, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarında qələbə çaldığını bildirir.

Super Çərşənbə axşamı praymerizi 14 ştatda və ABŞ-ın bir ərazisində keçirilir.

Senator Bernie Sandersin isə təmsil etdiyi Vermontda, eləcə də Kaliforniya, Kolorado və Yutada qalib gəldiyi xəbər verilir.

Kaliforniya daxil olmaqla qərbdə səsvermə davam edir. Kaliforniya ölkənin ən çox məskunlaşmış, həmçinin demokratların qurultayına ən çox nümayəndə göndərən ştatıdır.

Senator Bernie Sanders
Senator Bernie Sanders

Nyu Yorkun keçmiş meri və milyarder Mike Bloomberg Amerika Samoasında qalib gəlib, Edison Research bildirir. O, martın 4-də seçki kampaniyasını bir daha dəyərləndirəcək, NBC News xəbər verir.

Milyonlarla seçici qurultaya 1357 nümayəndə seçir. Demokratlarda seçki yarışında qalan beş namizədin hərəsi daha çox nümayəndə yığmağa çalışır.

İlkin nəticələrə görə, Biden azı 178, Sanders 153, Bloomberg isə 8 təmsilçi yığıb.

***

Seçki kampaniyasının həlledici günündə Biden-in uğuru gözlənilir

ABŞ-da Edison Araşdırma Mərkəzi və televiziya şəbəkələri öz ekzit-pollarına əsasən keçmiş vise-prezident Joe Biden-i Virciniya, Şimali Karolina və Alabamada praymerizin qalibi elan ediblər.

“Superçərşənbə axşamı” adlandırılan səsvermə noyabrın 3-də keçiriləcək ABŞ prezident seçkisində respublikaçı Donald Trump-ın əsas demokrat rəqibini müəyyən etməlidir.

Reuters xəbər verir ki, senator Bernie Sanders özünün doğma Vermont ştatındakı səsvermədə gözlənildiyi kimi qalib gəlməkdədir. O Koloradoda qalib elan edilib.

Demokratların iyulda keçiriləcək qurultayında prezidentliyə namizədi təsdiqləyəcək nümayəndələrin üçdə biri uğrunda yarış məhz fevralın 3-də keçirilən prayemerizdir.

Xəbərdə deyilir ki, keçmiş prezident Barack Obamanın vitse-prezidenti olmuş Joe Biden ötən şənbə Cənubi Karolina praymerizində qalib olandan bəri qələbə əzmində idi.

Bu da deyilməlidir ki, Demokrat Partiyasının bir çox nüfuzlu nümayəndələri Biden-in namizədliyini qəbul etdiklərini bildiriblər.

Daha bir demokrat namizədin – keçmiş Nyu York meri Michael Bloomberg-in ABŞ ərazisi sayılan Samoada qalib gələcəyi gözlənilir.

Amma nəzəri baxımdan fevralın 3-də keçirilən prayemerizlərdən sonra demokratların yarışında yalnız iki nəfər – Biden və Sanders baş-başa qala bilər.

Afroamerikalıların səsləri

Edison Araşdırma Mərkəzinin ilkin ekzit-poll nəticələrinə görə Biden afroamerikalıların Alabamada 72, Virciniyada 71, Şimali Karolinada 63 və Tennesidə 62 faizinin səsini qazandığını göstərir.

Biden Virciniyada ali təhsilli qadınların hər 10 nəfərindən 4-nün səsini qazanıb. Sanders və Elizabeth Warren-in göstəricisi 10-dan 2-dir.

İlk dörd praymerizə qatılmayan Bloomberg Superçərşənbə axşamı səsverməsinə 500 milyon dollar xərcləsə də, belə görünür, uğur qazana bilməyib.

Exit-pollar göstərib ki, ən böyük elektorata malik Kaliforniyada və böyüklüyünə görə ikinci olan Texasda hər 10 seçicidən 2-si necə səs vermək barədə qərarı son günlərdə qətiləşdirib.

Bu Biden-in göstəricilərini bir qədər zəiflədə bilər.

Seçicilərin əksəriyyəti bildirir ki, onları əsas namizədin kim olacağından daha çox Trump-a kimin qalib gələ biləcəyi maraqlandırır.

Biden hazırda mütərəqqi demokratlarla mötədil demokratlar arasında körpü yaratmağa çalışır.

Beləliklə Biden hələki namizəd yarışında lider olan Sanderslə öz arasındakı fərqi azalda bilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG