ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden prezidentliyə demokrat namizəd kimi özünün ilk xarici siyasət çıxışında prezident Donald Trump-ın dünya səhnəsində fəaliyyətini kəskin tənqid edib.
Biden bilirib ki, o avtoritarlığa və qlobal sabitsizliyə qarşı mübarizə aparacaq.
İyulun 11-də Nyu Yorkda çıxış edən Biden Trump-ın “Öncə Amerika” siyasətinin davakar, uzağı görməyən, səriştəsiz və son nətiicədə Amerikanın maraqlarına zidd olduğunu deyib:
"Dünya demokratiyaları bizi birləşdirən dəyərlər üçün Amerikaya baxırlar…Donald Trump başqa mövqedədir”.
Biden habelə Trump-ın diktatorlara olan meylini tənqid edib.
O bildirib ki, prezident seçilərsə, İranla danışıqlara başlayacaq, lakin bunun üçün Tehranın 2015-ci il sazişinin şərtlərinə qayıtması tələb olunacaq.
ABŞ prezidenti Donald Trump 2015-ci ildə İranla dünya güclərinin imzaladığı sazişi “ən pis razılaşma” adlandırmış və Birləşmiş Ştatları bu razılaşmadan çıxarmışdı.
İran son günlərdə uranın zənginləşdirilməsində sazişin ona verdiyi limiti aşıb.
Biden bunu da deyib ki, prezident seçilərsə, qoşunların əksəriyyətini Əfqanıstandan çıxaracaq və ABŞ-ın Səudiyyənin Yəməndəki hərbi kampaniyasına dəstəyini azaldacaq.
O deyib ki, ABŞ-ın Paris İqlim Razılaşmasına qayıtmasına nail olacaq.
Daxili siyasətə gəlincə, Biden deyib ki, o Trump-ın əsasən müsəlman əhalisi olan beş ölkəyə qoyduğu səfər qadağanını ləğv edəcək.