Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Biden: Əfqanıstanın liderləri ölkədən çıxıblar, ordusu vuruşmaq istəmir


ABŞ prezidenti Joe Biden August 16, 2021.
ABŞ prezidenti Joe Biden August 16, 2021.

Biden bildirib ki, Birləşmiş Ştatların missiyası heç vaxt dövlət quruculuğu olmamalıdır. O Əfqanıstan ordusunu yaraqlılarla vuruşmaq istəməməkdə günahalandırıb.

Birləşmiş Ştatların prezidenti Joe Biden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərarını qətiyyətlə müdafiə edib və qoşunların xaotik şəkildə çıxarılması ilə bağlı ABŞ-ın ünvanıa olan geniş tənqidləri rədd edib.

Reütesin məlumatına görə Biden avqustun 16-da bildirib ki, Birləşmiş Ştatların missiyası heç vaxt dövlət quruculuğu olmamalıdır. O Əfqanıstan ordusunu yaraqlılarla vuruşmaq istəməməkdə günahalandırıb.

“Qərarımın tam arxasında dururam. 20 illik təcrübəmdən əmin oldum ki, ABŞ ordusunu çıxarmaq üçün heş vaxt yaxşı məqam olmayıb” Biden televiziya ilə müraciətində vurğulayıb.

Reütersin yazdığına görə,ABŞ prezidenti deyib ki, həqiqət budur ki, bütün bunlar düşündüyümüzdən daha sürətli baş verdi. Əfqanıstanın siyasi liderləri təslim olaraq ölkədən qaçıblar. Əfqanıstan hərbçiləri bəzən döyüşə cəhd etmədən belə təslim ollublar.

Biden qeyd edib ki, Əfqanıstan qüvvələri özləri uğrunda mübarizə aparmaq istəmədikləri bir halda ABŞ ordusu orda müharibə aparıb ölməməlidir.

Biden deyib ki, ABŞ-ın Əfqanıstanda milli maraqları əsasən, ABŞ-a xaricdən terror hücumlarının qarşısını almaqdan ibarət olub.

ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstan ordusunu olduqca yaxşı təhciz etmişdi, bu ordu Amerikanın bəzi NATO müttəfiqlərindən daha çox sayda və daha yaxşı şəkildə təchiz olunmuşdu.

Joe Biden Taliban hərəkatına da xəbərdarlıq edib, bildirib ki, ABŞ ordusunun çıxarılması prosesi maneəsis keçməlidir, əks halda dağıdıcı güclə üzləşəcəklər.

Kabildəki xarici diplomatik missiyaların əməkdaşları evakuasiya edilir.

Qeyd edək ki, Taliban hərəkatının yaraqlıları avqustun 15-də Əfqanıstanın paytaxtı Kabili də zəbt ediblər və beləliklə demək olar ki, Kabil hava limanını çıxmaq şərtilə indi bütün ölkə ərazisi onların nəzarətinə keçib.

ABŞ və digər ölkələr Kabildəki diplomatik missiyalarının əməkdaşlarını çıxarmağa başlayıblar.

Bu prosesi təmin etmək üçün, hava limanına hazırda orda qalan beynəlxalq koalisiya qüvvələri nəzarət edir.

Qeyd edək ki, bütün bunlar, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tərk etdikdən sonra baş verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG