Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:41

Joe Biden Trump-ın impiçmentinə çağırıb


Joe Biden
Joe Biden

ABŞ-ın keçmiş vise-prezidenti və demokratların prezidentliyə aparıcı nominasiyası Joe Biden ilk dəfə olaraq prezident Donald Trump-ın impiçmentinə çağırıb.

Biden oktyabrın 9-da Nyu Hempşirdə keçirdiyi seçki kampaniyasında deyib:

"Donald Trump bütün dünyanın və Amerika xalqının gözü qarşısında prezident andını pozub, bu ölkəyə xəyanət edib və impiçmentə layiq əməllər törədib. Konstitusiyamızın, demokratiyamızın, ləyaqətimizin qorunub saxlanması naminə o impiçment edilməlidir”.

Biden müxbirlərə deyib ki, Trump xarici gücləri 2020-ci il seçkisinə müdaxiləyə dəvət etməklə Konstitusiyanı sarsıdıb.

Trump bu bəyanata Twitter-də verdiyi cavabda yazıb ki, onun impiçmentinə çağıran “mürgülü Joe oğlu ilə birlikdə azı iki ölkənin milyonlarla dollarını qarət edib”.

Prezident Donald Trump-ın iyulun 25-də Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbəti ABŞ Konqresində Trump-a qarşı impiçment araşdırmasının elan olunması ilə nəticələnib.

ABŞ kəşfiyyatının xəbərçisi bu telefon söhbətindən rəsmi şikayət vermişdi.

Şikayətdə deyilirdi ki, Trump Joe Biden və onun oğluna qarşı təhqiqata başlanması üçün Ukrayna prezidentinə təzyiq göstərib.

Demokratlar Trump-ı təkrar prezident seçilə bilmək məqsədilə öz administrasiyasından sui-istifadə etməkdə günahlandırırlar.

Trump hər hansı qanunsuz hərəkət etdiyini danır. Biden-in Ukrayna ilə bağlı hər hansı qanunsuzluğa yol verdiyinə dair sübutlar yoxdur.

Nümayəndələr Palatasındakı demokratların apardığı araşdırma Trump-ın impiçmenti ilə nəticələnə bilər.

Lakin impiçment mühakiməsi Senatda olmalıdır. Burada respublikaçıların çoxluğa malik olması impiçment ehtimalını xeyli azaldır.

Donald Trump-ın impiçment edilməsi qərarına Senatın üçdə ikisi səs verçməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG