Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:00

Biden Amerikanın ‘yaralarını sağaldacağını’ vəd edir


Joe Biden

Son həftələr ərzində özünün ilk müraciətində keçmiş vitse-prezident Joe Biden “nifrət ocağını körükləməməyə” çağırıb və deyib ki, əgər prezident seçilərsə, Birləşmiş Ştatların “onu çoxdan bürüyən irqi yaralarını sağaltmağa” çalışacaq.

Noyabrda keçiriləcək prezident seçkisində Donald Trump-ın opponenti olacaq Biden bu bəyanatları iyunun 2-də Filadelfiya şəhərində verib.

O müraciətini mayın 25-də ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis zorakılığı nəticəsində vəfat etmiş qaradərili George Floydun ölümünə görə ölkə boyunca yayılan kütləvi etiraz və iğtişaşlara həsr edib.

Nümayişlər əsas etibarilə dinc keçirilsə də, polis bəzi şəhərlərdə jurnalistlərə və etirazçılara qarşı zorakı gücdən istifadə edib.

Bəzi yerlərdə polis və etirazçılar arasında toqquşmaların olduğu və 5 polis nəfərinin güllə yarası aldığı xəbər verilir.

Bir çox ABŞ şəhərlərində kommendant saatı elan olunub.

Trump-ın qoşun yeritmək hədəsi birmənalı qarşılanmır

İyunun 1-də Donald Trump-ın yaxınlıqdakı kilsəyə yollandığı vaxt polis Ağ Evin qarşısına toplaşmış etirazçıları geriyə itələyib.

Trump-ın əlində İncil tutaraq baş çəkdiyi kilsəyə dünənki iğtişaşlar zamanı ziyan dəyib.

Lakin Joe Biden baş verənlərdə elə Trump-ın özünü ittiham edib:

“Bu prezident bugünkü problemin bir hissəsi, onu gücləndirən şəxsdir”.

Biden deyib ki, Trump-ı “kor edən özünəməftunluq” çulğalayıb.

Trump bundan əvvəl bildirmişdi küçələrə doluşmuş qarətçilərə qarşı tədbir görməyən ştatlara ABŞ-ın hərbi kontingenti yeridilə bilər.

Trump-ın ABŞ şəhərlərinin küçələrinə Milli Qvardiyanı göndərmək hədəsi ölkə daxilində və xaricində qızğın debatlara yol açıb.

Tənqidçilər ABŞ prezidentinin belə bir addım atmağa səlahiyyətli olduğunu şübhə altına alır və onun administrasiyasının insan haqlarına münasibəti barədə kəskin suallar verirlər.

XS
SM
MD
LG