Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:04

Bəzi rayonlarda leysan, dolu gözlənir


arxiv foto

Sentyabrın 2-də axşama doğru Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-20, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı şimal və şərq rayonlarında yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 14-19, gündüz 22-27, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG