Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:01

Eldar Mahmudovun qohumundan 10 milyon alındı


Beytulla Hüseynov
Beytulla Hüseynov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu Beytulla Hüseynov mənimsəməkdə suçlandığı 10 milyondan çox dövlət vəsaitini ödəyib.

«Bakı Telefon Rabitə» İstehsalat Birliyinin rəhbəri olmuş B.Hüseynov 2015-ci ilin oktyabrından həbsdədir. 2016-cı ilin oktyabrından Bakı Ağır Cinayətlər Məhkəməsində «rabitə işi» araşdırılır və mühakimə olunan 11 nəfər arasında B.Hüseynov, nazirliyin Aparat rəhbəri olmuş Vidadi Hüseynov, «Aztelekom»un sabiq baş direktoru Məhəmməd Məmmədov da var.

***Buna da bax-Keçmiş nazir ifadəsində Eldar Mahmudov barədə nə deyib?

B.Hüseynov BTRİB-in tabeliyində olan qurumlarda təmir-tikinti zamanı tenderləri formal keçirib, özünə yaxın adamların şirkətlərini qalib elan etməkdə, qiymətləri şişirdərək dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəməkdə ittiham olunur.

B.Hüseynov onun üzərində olan 10 milyon 200 minlik zərərin 3 milyonunu bir müddət əvvəl ödəmişdi. AzadlıqRadiosuna daxil olan məlumata görə, sabiq nazirin qohumu qalan məbləği də bu yaxınlarda ödəyib.

***Buna da bax-'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'

«Rabitə işi» üzrə məhkəmə prosesi yekunlaşmaqdadır. Artıq məhkəmə istintaqı tamamlanıb. Prokuror B.Hüseynova 15 il həbs cəzası verilməsini təklif edib.

Həmin iş üzrə məhkəmə qarşısına çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG