Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:11

Ekspert: 'Beynəlxalq Bankın səhmlərinin satılmasına ehtiyatla yanaşmaq lazımdır' [video]


Seçki 2018: İlham Əliyev prezidentliyə namizəd oldu.
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

Seçki 2018: İlham Əliyev prezidentliyə namizəd oldu [A-Live]

Azərbaycan Beynəlxalq Bankının dövlətə məxsus payının bir hissəsi satıla bilər.

“Trend” xəbər agentliyi yazır ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan hökuməti ilə bu barədə danışıqlar aparır.

Beynəlxalq Bankın xarici kreditorlar qarşısında öhdəliyi var və borcunu qaytara bilmir. Dövlət bankın 3,3 milyard dollarlıq xarici borcunu ödəməyə boyun olub.

Söhbət etdiyimiz təhlilçilər deyirlər ki, ümumilikdə bankın payının satılması yaxşı haldır, sağlamlaşdırmağa xidmət edərdi.

Buna da bax: Beynəlxalq Bankın özəlləşdiriləcəyi tarix açıqlandı

Demokratiya və Rifah Hərəkatının lideri, iqtisadçı alim, Qubad İbadoğlu deyir ki, bununla belə bankın hissələrinin satılmasına ehtiyatlı yanaşmaq lazımdır:

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

"Biz “Kapitalbank”ın özəlləşməsinin nəticələrindən dərs almalıyıq. Çünki “Kapitalbank” özəlləşəndən sonra Azərbaycanın bank bazarında inhisar artdı. Əgər Beynəlxalq Bankın da üzərində hökmran mövqeyə “Paşabank” və ya ailə banklarından biri malik olarsa, bu, bank bazarında inhisarlaşma meyllərini gücləndirəcək və bundan ziyan çəkən iqtisadiyyat olacaq - istehlakçılar olacaq, aşağı keyfiyyətli bank xidmətləri ilə qarşılaşacağıq".

Qubad İbadoğlu deyir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Bankda əhəmiyyətli paya sahib olmalıdır ki, bankın şəffaflığına, idarə olunmasına nəzarət edə bilsin – əks halda, ciddi dəyişiklik baş verməyəcək:

Buna da bax:​ Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]

«“Kapitalbank” Azərbaycanın ilk dövlət banklarından biri idi. Bu bankın özəlləşdirilməsi ilə bağlı prezident İlham Əliyev 2007-ci ildə sərəncam verib».

2015-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika – OCCRP-nin araşdırmasında deyilirdi ki, hazırda həmin bankın 99,8 faizi "Paşa Holding"ə aiddir.

AzadlıqRadiosu-nun 2017-ci ildə “‘Paşabank’ haqqında bilmədiklərimiz” araşdırmasından isə məlum olur ki, holdinqin sahibi prezident İlham Əliyevin qızları Arzu və Leyla Əliyevalardır. Beləliklə, əvvəllər dövlət bankı olan "Kapitalbank", indi hakim ailənin əmlakına çevrilib.

Buna da bax: 9 müflis banka qiymətləndirici axtarılır

OCCRP-nin banklar barədə 2015-ci araşdırmasında həm də deyilirdi ki, prezident İlham Əliyevin ailəsinə bağlı olan 8 bank ölkə bank sektorunun azı 20 faizə qədərini əhatə edir.

Həmin banklar – “PaşaBank”, “KapitalBank”, “Express Bank”, Azərbaycan Sənaye Bankı, “Xalq Bank”, “Silkway Bank”, “VTB Bank”, “ATA Bank”dır.

Azərbaycan vətəndaşlarının isə banklara 2 milyard manata qədər borcu var. Bu borcların konkret hansı banklara aid olması açıqlanmır.

Buna da bax: Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?

İki il öncə baş vermiş devalvasiyadan sonra, borclular pulları qaytara bilmir. AzadlıqRadiosu-na danışan sadə vətəndaşlar deyirlər ki, gəlirləri azalıb, kreditlər isə bahalaşıb, pulu ona görə qaytara bilmirlər.

Beynəlxalq Bankda dövlət payı 91 faizdir, səhm nəzarət paketi Maliyyə Nazirliyinə məxsusdur.

Qubad İbadoğlu deyir ki, Beynəlxalq Bank da hakim ailənin nəzarətindədir və həmişə ailə bankı kimi idarə olunub.

Onun fikrincə, siyasi elitanın himayəsi olmasaydı, bankda bu qədər - mənimsəmə baş verə bilməzdi.

Buna da bax: Prezident ailəsinin biznesi…

Maliyyə Nazirliyinin açıqlamasında deyilir ki, bank vasitəsilə 3,7 milyard dollar və 1,1 milyard avro vəsaitin ölkədən çıxarılıb.

Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev bu ittihamla 15 il həbs cəzası alıb, amma o, özünü təqsirli bilmir.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin iqtisadi təhlilçisi Rəşad Həsənov deyir ki, bazarda 27 faizlik paya malik bu bankın özəlləşməsinə ehtiyac var, bu, bank mühitində rəqabətin dərinləşməsinə, maliyyə əlçatanlığının artmasına da gətirib çıxara bilər.

Rəşad Həsənov
Rəşad Həsənov

AYİB-in prosesi cəlb olunması kreditlərin faizini də aşağı sala bilər. Beynəlxalq Bank dövlət büdcəsi və ictimai vəsaitlər üzərində bir yükdür.

Ötən illərdə, bankın xilas edilməsi və sağlamlaşdırılması məqsədilə, bu istiqamətdə 12 milyard manata yaxın dövlət vəsaiti sərf olunub. Bankın qeyri-şəffaf idarə olunması isə ictimai vəsaitin səmərəsiz yönəlməsinə səbəb olmuşdur.

Buna da bax: Prezidentin qızı banka necə sahib oldu?

Rəşad Həsənov deyir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının bazara girməsi, bank bazarında çalxalanmağa, şəffaflaşmağa, vətəndaşlara bank xidmətlərinin yaxşılaşmasına səbəb ola bilər. İndi sual budur ki, hökumət buna hazırdırmı?

Avropa Yenidənqurma və İnkişaf Bankından danışıqların detalları barədə məlumat verməyiblər, bankdan "Trend"ə deyiblər ki, bu, iddialı layihədir və müzakirələr üçün vaxt lazımdır.

İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, bütövlükdə bank sisteminin sağlamlaşmasına, rəqabət mühitində fəaliyyət göstərməsinə ehtiyac yaranıb.

"Məsələ burasındadır ki, manat ucuzlaşandan sonra bütün bank sistemində durğunluq yaranıb – 11 bank bağlanıb".

Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Bəs camaat nə düşünür? Bank sistemində niyə durğunluq var? Banklar niyə bağlanır?:

Banklar niyə bağlanır?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

İqtisadçılar ölkədə bankların durumunun daha da pisləşdiyini, sağlamlaşdırma olmazsa, maliyyə sisteminin çökə biləcəyini deyirlər.

Hərçənd, hökumət bu il, neftin qiymətinin yüksəlməsi səbəbindən nisbi iqtisadi artım gözləyir. Prezident İlham Əliyev isə öz çıxışlarında iqtisadi durumun əsasən qənaətbəxş olduğunu deyir.

Maliyyə Bazarlarına nəzarət palatasının məlumatına görə isə, təkcə 2017-ci ildə müştərilərə verilən kreditlər 4 milyard manatdan çox azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG