Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 08:23

Beynəlxalq Bank işi: 'Bilsəydim, ətir alardım'


ABB
ABB

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə birlikdə mühakimə olunanlar arasında Bakı Fındıq Emalı Zavodunun sabiq rəhbəri Azad Cavadov da var. Təqsirləndirilən səkkiz nəfərdən yalnız ona digər ittihamlarla yanaşı, qanunsuz silah saxlama ittihamı da verilib. Cinayət işinin materiallarında yazılıb ki, onun evindən axtarış zamanı xəncər və «Makarov» tapançası tapılıb.

AD GÜNÜ HƏDİYYƏSİ

Sentyabrın 9-da keçirilən məhkəmə iclasında Azad Cavadovun keçmiş qaynı Ələkbər Həsənov deyib ki, həmin xəncəri ona ad günündə hədiyyə edib:

«O xəncəri 2003-cü ildə «28 May» metrostansiyasının yaxınlığındakı mağazadan almışam. Bilsəydim, ətir alardım...».

Buna da bax-'8 milyard dollar iki kanalla ölkədən çıxarılıb'

Beynəlxalq Bank işi üzrə bugünkü məhkəmə iclasında həmçinin, Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev indiki mərhələdə məhkəmə iclas protokolları ilə tanış olmaq barədə məsələ qaldırıb. Hakim bildirib ki, hökmdən sonra üç gün ərzində protokollarla tanış ola bilərlər: «İndiki mərhələdə mümkün deyil».

Məhkəmə iclasında Beynəlxalq Bankın Sabunçu filialının müdir müavini Niyaz Kərimzadə, Səbail filialının rəhbəri Ehtiram Əliyev, Azad Cavadovun keçmiş qayınanası Emma Həsənova da şahid kimi ifadə veriblər. Digər şahidlər gəlmədiyindən Beynəlxalq Bank işi üzrə məhkəmə prosesi sentyabrın 14-nə qədər təxirə salınıb.

Buna da bax-Cahangir Hacıyev Maliyyə nazirliyinə cavab verdi

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur. Üstəlik, bu günlər Maliyyə Nazirliyinin rəsmisi Cahangir Hacıyevi 5 milyard dollara yaxın vəsaitin ölkədən çıxarılaraq ofşor zonalarda yerləşdirilməsində ittiham edib.

XS
SM
MD
LG