Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Bəxtiyar Hacıyevin dostu 8 saat dindirildiyini deyir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyevin dostu Rail Abbasov deyir ki, iyunun 6-da Bakı şəhər Baş Polis İdarəsində saatlarla dindirildikdən sonra saat 22.30-da sərbəst buraxılıb: "Səhər saat 8-də evimizdə, mənim və bizim həyətdə dayanmış Bəxtiyarın avtomobilində axtarış apardılar. Vaxtilə Bəxtiyar Hacıyevlə İkinci Qarabağ müharibəsi zamanı orduya humanitar yardımlarla bağlı qaimələr var idi. Həmin qaimələri və başqa sənədləri götürdülər. Evimdən mənim kompüterimi, ailə üzvlərimin telefonlarını və mənim şəxsi sənədlərimi götürdülər".

Onun deməsinə görə, sonra onu Bakı şəhər Baş Polis İdarəsinə aparıblar: "Şahid qismində saat 14-dən saat 22-dək dindirdilər".

Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

"Hillari Klintonla çəkdirdiyi fotonu götürdülər"

"Axtarış iki saat davam etdi və Bəxtiyar Hacıyevlə əlaqəli sənədlər, disklər, fleş-kartlar axtardılar", - həbsdə olan ictimai fəal B.Hacıyevin qardaşı Vüqar Hacıyev deyir. Bu gün, iyunun 6-da səhər B.Hacıyevin Göygöl şəhərindəki və valideynlərinin Gəncədəki evlərində axtarış aparılıb.

"Dedim ki, məndə belə bir şey yoxdur. Bundan sonra bizim ailə fotomuzun olduğu diskləri və Bəxtiyarın 2011-ci ildə Bakıda ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonla çəkdirdiyi fotonu götürdülər. Valideynlərimizin evindən də fotoların olduğu disklər götürülüb".

V.Hacıyevin sözlərinə görə, axtarış zamanı vəkilinin iştirakı təmin edilməyib: "Onlar özləri ilə iki şahid gətirdilər. Mən bu adamları digər məhkəmə işlərində də şahid kimi görmüşdüm".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

B.Hacıyevin dostu Rail Abbasovun da səhər saatlarında evində və avtomobilində axtarış aparıldığı bildirilir. Hələlik, onun özü barədə yaxınlarında məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə "Turan"a bildirib ki, R.Abbasov istintaq hərəkətləri çərçivəsində dəvət olunub, saxlanılma yoxdur.

Bəxtiyar Hacıyev və atasının evində axtarış aparılıb

Bu gün, iyunun 6-da həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı mənzildə və Gəncə şəhərində ata evində axtarış aparılıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun deməsinə görə, B.Hacıyevin qardaşının və bəzi dostlarının da evlərində axtarış həyata keçirilir.

Vəkilin vurğulamasına görə, axtarış-götürmə tədbirləri Xətai rayon Məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə aparılır: "Vəkillərə axtarış-götürülmə hərəkətlərinin aparılması əsaslandırılmayıb. Halbuki axtarmanın nə ilə, hansı cinayət işi ilə bağlı olduğu əsaslandırılmalıdır. Bəxtiyar Hacıyev xuliqanlıqda və məhkəməyə hörmətsizlikdə təqsirləndirilir. Bununla bağlı axtarış-götürmə tədbirlərinin aparılması üçün qanunvericilikdə göstərilən əsaslar mövcud deyil. Çox güman ki, Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürmək istəyirlər".

DİN-dən izah…

Bu deyilənlərlə bağlı Xətai Rayon Məhkəməsi ilə danışmaq mümkün olmayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə "Turan"a bildirib ki, B.Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Əlavə edilib ki, saxlanılan yoxdur.

Həbs haqqında

Ötən il dekabrın 9-da B.Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Həbsinə etiraz olaraq onun iki dəfə (ikincidə təqribən 50 gün) aclıq aksiyası da keçirdiyi bildirilmişdi. Ona ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş vermişdi.

Xatırlatma

Harvard Universitetinin məzunu olan B.Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG