Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 16:40

Bestseller yazmaq üçün nələri bilməli


Yazar
Yazar

Bir dəfə, 2003-cü ilin oktyabrında kitab müəllifləri Riçard FentonAndrea Volts Nyu-Yorkun iri nəşr evlərindən birinin təklifini gözləyirdilər. Agentləri onları sövdələşmənin mütləq baş tutacağına əmin etmişdi. Ancaq nəticə onları məyus etdi. Nəşriyyat onlara heç bir təklif etmədi.

«Çox üzüldük. Bir dəqiqə qabaq uğura gedən yolda idik. Ancaq qəfildən sanki ayağımızın altından xalçanı çəkdilər», – deyə Volts etiraf edir.

Bu vəziyyətdə əksər müəlliflər məyus olub bu işdən vaz keçərdi. Amma Fenton və Volts yazdıqları kitaba o qədər inanırdılar ki, onu müstəqil, öz vəsaitləri hesabına dərc etdirmək qərarına gəldilər. İndi, geriyə baxanda bunu etdiklərinə görə çox məmnundurlar. Onların «Go for No!» adlı 80-səhifəlik bu kiçik kitabı artıq 15 ildir ki, bestseller statusuna çatıb. Kitabın 400 mindən çox nüsxəsi satılıb və doqquz dilə tərcümə olunub.

Bu yaxınlarda Fenton və Volts «Milyon dollarlıq kitabın düsturu» adlı onlayn kurs açıblar. Kursun məqsədi digər müəlliflərə bu işdə onların özü qədər uğurlu olmağı öyrətməkdir. Kurs ümumilikdə səkkiz saatlıqdır. Müəlliflər uğur qazandıran sirlərin üçünü «Forbes» jurnalına açıblar:

1: Kitabınızı qısa yazın

«Kitab nəşrində ümumi trend qısa kitablara meyllənir», – Fenton deyir. O haqlıdır. Ən böyük bestsellerlərin bəziləri həqiqətən də qısadır. «Forbes» belə kitablardan üçünü misal göstərir:

Napoleon Hill. «Düşün və varlan». 104 səhifə.

Oq Mandino. «Dünyanın ən dahi taciri». 130 səhifə.

Spenser Consonun təlim və inkişaf haqda kitabı. «Pendirimi kim oğurladı?». 95 səhifə.

«İnsanlar cəmi bir neçə saata oxunub bitirilən kitabları göydə axtarırlar. Əslində, biz «qısa kitab inqilabı» adlandırıla biləcək prosesin ortasındayıq», – deyə Volts əlavə edir.

2: Kitabınız hansısa problemə həll yolu göstərməlidir

Müəllif cütlüyü bu məsələdə də haqlıdır. Üstəlik, onların «Go for No!» kitabı buna parlaq örnəkdir. Kitab oxuculara uğursuzluq qorxusu və imtinanı yenidən proqramlaşdırmağa kömək edir. Onu da deyək ki, uğursuzluqdan qorxmaq və rədd olunmaq milyonlarla işadamının üzləşdiyi problemdir. Elə kitabın belə çox satılmasının bir səbəbi də budur.

3: Kitabın üz qabığına xərclədiyiniz pula heyfiniz gəlməsin

Fenton və Volts açıq etiraf edirlər ki, onlar kitablarının birinci nəşrinə ucuz üz qabığı sifariş veriblər. Ancaq bu, onlara baha başa gəlib.

«İlk üz qabığımıza görə minlərlə kitabı sata bilmədik, çünki bir neçə dollara qənaət etmək istəmişdik. Bu, çox səfeh hərəkət idi», – Fenton deyir. «Forbes» yazır ki, müəlliflər bu məsələdə də haqlıdırlar. Müəllif daim imkanı çatan ən gözəl üz qabığına sərmayə qoymalıdır. Çünki insanlar doğrudan da kitabı cildinə görə dəyərləndirirlər.

Yeri gəlmişkən, Fenton və Voltsun onlayn kursuna maraq göstərənlər saytına daxil ola bilərlər.

Onlar yazdıqları kitabları müstəqil nəşr etdirməyə hələ 1998-ci ildən, başqa sözlə, hələ Amazon-un mövcud olmadığı vaxtlardan başladıqlarını yazırlar.

«Go for No!» kitabında müəlliflər uğurlu satışı təşkil etməyin sirlərini əyləncəli yolla – iki əsas qəhrəmanın dialoqu vasitəsilə açırlar.

XS
SM
MD
LG