Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

Sakin: 5 gündür Orand kəndindən çıxmaq olmur


 Orand kəndi
Orand kəndi

Lerik rayonun ərazisində yağan güclü qar Orand kəndində fəsadalar yaradıb. Kəndin sakinlərinin sözlərinə görə, onların əsas yolu 5 gündür ki, bağlıdır, rayon mərkəzi ilə əlaqə kəsilib.

Sakinlərdən İsa Əbdülov vəziyyətin gündən-günə ağırlaşdığını söyləyib:

“Seçkini keçirdilər, bizi yaddan çıxartdılar”

“ Qar yağdı, yolu bağladı. Seçkini keçirtdilər, ( fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçirilib) bizi yaddan çıxartdılar. Kəndin 1200 nəfər əhalisi var. Qonşu kəndlərdə müyyən işlər görüblər. Bizdə yox. Dağlar arasında qarın əsrinə çevrilmişik. Naziliklərə,yerli icra orqanlarına dəfələrlə müraciət etmişik. Hansı yerə zəng vururuq deyirlər ki, bizlik deyil. Yolda bəzi yerlərdə qarın hündürlüyü bir neçə metrdir. Külək qarı töküb yola. Yaxşı ki, işıqlar yanır. Adətən belə vəziyyət yarananda işıqlar sönür. Kənddə ərzaq mağazası yoxdur. Ərzaq məhsullarına ehtiyacı olanlar var. Xəstəni mərkəzə apara bilmirik. Kəndə 1-2 xəstəmiz var. Hər gün kəndin mərkəzinə toplaşırıq, çarə axtarırıq”

“Xəstəmiz var”

Orand kəndi
Orand kəndi

Kəndin digər sakini Ağaddaş Rzayev də bunları deyib:

“Bizim kəndlə Lerik şəhəri arasında 13 kilometr yoldur. Bunun 4 kilometri bağlıdır. Seçkiyə qədər hər gün bir dəstə adam kəndə gəlirdi, vəd verirdilər. Fevralın 9-da səsvermədən sonra, bizi yaddan çıxartdılar. Hamı qaçdı. Xəstəmiz var. Bununla bağlı Səhiyyə Nazirlyinə zəng etmişik. Elə bil qurbağa gölünə daş atıblar. Dərdimizi kimə deyək? Bu elə də çətin bir iş deyil.Texnika gətirsinlər, yolu təmizləsinlər. Bir gün vaxt istəyir.”

Sakinlərdən Rafiq Əliyev isə deyib ki, ailə təsərüfatlarına da problemlər yaranıb: “Mal-qaraya ot vermək belə çətinləşib.Yol bağlıdır, ot gətirə bilmirik.”

İcra hakimiyyətindən cavab

Habil Məlikov
Habil Məlikov

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyib ki, yolu açıblar:

“Texnika ilə yolu açdırmışdıq. Ola bilər yenidən qar yağıb. Onlar üçün asfalt yol çəkilib. İndiyə kimi traktordan başqa kənddə texnika görməmişdilər. İndi kəndə mersedes gedir. Hər gün qar yağır. Hər gün də texnikanı oraya salmaq mümkün deyil. O yol çətin keçilən ərazidə yerləşir. Lerikdə elə texnika da yoxdur ki, yola çıxardasan. Vətəndaşların şəxsi texnikalarıdır. Pulunu, yanacağı veririk, onlar yolları açırlar. Bir gün bundan əvvəl yolları açmışdıq.”

Müavin bu məsələnin onların diqqətində olduğunu vurğulayıb.

XS
SM
MD
LG