Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:12

Şengen zonasında nəzarət tətbiq edilə bilər


 Bernard Cazeneuve
Bernard Cazeneuve

Fransa Avropanı terror təhlükəsinə görə tədbirləri gücləndirməyə çağırıb.

Daxili işlər naziri Bernard Cazeneuve noyabrın 19-da deyib ki, “Avropa yuxudan oyanmalı, təşkilatlanmalı və özünü terror təhlükəsindən qorumalıdır.

O Avropa Birliyini Şengen müqaviləsinə daxil olan ölkələr arasında pasport nəzarəti, habelə hava şirkətlərində sərnişinlərə nəzarət sistemini gücləndirilməyə çağırıb.

O həmçinin bu günlərdə Paris hücumlarının təşkilində şübhəli bilinən Abdelhamid Abaaoudun öldürülməsinə toxunub.

Cazeneuve deyib ki, Fransa digər Avropa ölkələrindən həmin şəxsin qitəyə gəlməsi barədə “heç bir məlumat almayıb.

Avropa Birliyinin daxili işlər və ədliyyə nazirləri noyabrın 20-də Brüsseldə fövqəladə toplantı keçirir.

Sərhəddə yoxlamalar və nəzarətin gücləndiriləcəyi gözlənilir. (Ardı aşağıda)

Hazırda Şengen içində mini-Şengen zonası yaradılmasından söhbət gedir. Bu da əsasən Almaniya, Hollandiya, Avstriya ərazisini əhatə edir. Yəni qaçqınların daha çox üz tutduğu ölkələrin ərazisini...

Tünd göy - mini-Şengen
Tünd göy - mini-Şengen

Fransa polisi isə bu arada Parisdə keçirilən reyd zamanı evlərdən birində 3-cü şübhəlinin meyitini aşkar edib.

Onun qadın olduğu bildirilir.

Prokurorluğun noyabrın 20-də yaydığı məlumata görə, Hasna Aidbulaksinin (Hasna Aitboulahcen) cəsədi Sen-Deni rayonunda keçirilən reyd zamanı aşkar edilib.

Müstəntiqlər həmin yerdən 26 yaşlı qadına məxsus pasport da aşkar ediblər.

O reyd zamanı özünü partladıb.

Onun bundan əvvəl Parisdə keçirilən reyd zamanı öldürülən Belçikadan olan əsas şübhəli Əbdülhəmid Ebaudun (Abdelhamid Abaaoud) əmiqi qızı olduğu bildirilir.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 129 nəfər ölüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG