Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Berlində Xocalı mitinqi keçirilib


Berlində Xocalı mitinqi, 22 fevral 2020
Berlində Xocalı mitinqi, 22 fevral 2020

Bu gün, fevralın 22-də Almaniyanın paytaxtı Berlin şəhərində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib. Mitinqin dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının təşəbbüsü ilə keçirildiyi bildirilir.
Aksiyada əvvəlcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən faciəli hadisələr haqqında məlumat səsləndirilib. Mitinqdə iştirak edənlər yaşadıqları və vətəndaşı olduqları ölkələrin dillərində- azərbaycan, gürcü, ingilis, alman, fransız, norveç, çex, italiyan, polyak, yunan, macar, türk, fin, latış və müxtəlif dillərdə çıxışlar ediblər.
Aksiya iştirakçıları „Biz Xocalıya ədalət istəyirik“, „Xocalı qırğınlarını törədənlər cəzalansın“, „Ermənistan işğal etdiyin Azərbaycan torpaqlarından çıx“ və başqa şüarlar səsləndiriblər.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.
İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də verdiyi qərarında Xocalıda baş verənlərə münasibətdə hücumda iştirak edənlərin davranışını «müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər» kimi qiymətləndirib.

Xatırlama

Xocalı şəhəri Dağlıq Qarabağ ərazisində yerləşib. Həmin faciə Qarabağ münaqişəsi zəmanı baş verib. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.Hər iki tərəf itkilər verib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu tənzimləyir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.Sülh danışıqları, hələlik, nəticə verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG