Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

Berlin ölümləri üçün məsuliyyəti İD öz üzərinə götürüb


Terror aktı qurbanlarının xatirəsi üçün qoyulmuş lövhədə "Niyə?" yazılıb
Terror aktı qurbanlarının xatirəsi üçün qoyulmuş lövhədə "Niyə?" yazılıb

Özünü İslam Dövləti adlandıran qrup dekabrın 19-da Berlindəki Milad yarmarkalarından birində yük maşını ilə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Hadisə zamanı naməlum şəxs ağır yük maşınını yarmarkanın içərisinə sürüb və nəticədə 12 nəfər həlak olub.

Cihadçılarla əlaqəli internet saytında basqını törədən şəxs “İD əsgəri” adlandırılır. Sayt yazır ki, bu şəxs “anticihad koalisiyasına daxil ölkələrdə” sakinlərin üzərinə hücum etmək barədə İD-in çağırışına cavab verib.

Berlinin mərkəzindəki bayram yarmarkasına basqın dekabrın 19-da axşam saatlarında baş verib.

Maşının izdihama çırpılması nəticəsində daha 48 nəfər yaralanıb.

Yük maşınının sürücü kabinində güllələnmiş meyit tapılıb. Onun oğurlanmış maşın sahibinin qohumu olduğu bildirilir. Yük maşını Polşada qeydiyyatdadır.

Maşını bilavasitə yarmarkanın içərisinə sürən naməlum şəxs haduisə yerindən uzaqlaşa bilib.

Bundan əvvəl Almaniya polisi hadisə ilə əlaqədar bir nəfərin həbs olunduğunu xəbər vermişdi.

Lakin istintaq onun təqsirsiz olduğunu və hadisə ilə heç bir əlaqəsinin olmadığını müəyyən etdikdən sonra şübhəli sərbəst buraxılıb.

Polis bəyan edib ki, basqını törədən şəxsin axtarışı davam edir.

Polis xəbərdarlıq edib ki, bu şəxs silahlı və təhlükəli ola bilər.

Hüquq-mühafizə orqanları onun yeni bir akt törədə biləcəyi barədə də xəbərdarlıq ediblər.

İD-in bəyanatını şərh edən Daxili İşlər Nazirlyi bildirib ki, hazırda cinayət axtarışı bir neçə istiqamətdə davam etdirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG