Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:52

Berdymukhamedovun Mirziyoevi ad günü münasibətilə təbrik etdiyi bildirilir


Özbəkistan prezidenti Gurbangulu Berdymukhamedov və Özbəkistan prezidenti Shavkat Mirziyayev
Özbəkistan prezidenti Gurbangulu Berdymukhamedov və Özbəkistan prezidenti Shavkat Mirziyayev

Türkmənistan prezidenti Gurbangulu Berdymuamedov iyulun 24-də telefonla özbəkistanlı həmkarı Shavkat Mirziyoevi doğum günü münasibətilə təbrik edib.

Bu barədə AzadlıqRadiosunun özbək xidməti Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir.

Bu iyulun 21-dən bu yana Berdymkhamedov barəsində ilk məlumatdır.

Bundan əvvəl Sosial şəbəkələr və bir sıra agentliklərdə onun ölümü ilə bağlı təsdiq olunmamış məlumatlar yayılmışdı.

Berdymukhamedovun səhətinin pis olması barədə məlumatlar hələ iyulun 5-dən yayılıb.

Türkmənistanın xaricdəki səfirlikləri onun ölümü barədə məlumatları tam yalan adlandırsalar da nə dövlət informasiya agentlikləri , nə də dövlət məmurları 3 gün ərzində bu məlumatı şərh etməyiblər.

Türkmənistanın dövlət informasiya agentlikləri yalnız iyulun 21-də belə bir qısa məlumat yayıblar ki, prezident istirahətdə olarkən təbabətdən yeni kitab yazıb və onu səhiyyə günü münasibətilə həkimlərə hədiyyə edib.

İyulun 24-də bələdiyyə işçilərinin Aşqabadda ictimai binaların fasadlarını təmizələmələri barədə məlumatlar gəlir.

Bu adətən böyük ictimai tədbirlərə hazırlıq, məsələn rəsmi dəfn mərasimləri və ya beynəlxalq konfranslara hazırlıq görülərkən edilir.

Bundan başqa Türkmənistanda daxili reyslərin təxirə salınması xəbəri də prezidentin səhəti ətrafındakı şailəri daha da artırdı.

Amma Beynəlxalq FlightRadar24.com saytı Türkmənistan daxilində bəzi daxili reyslərin həyata keçirildiyini bildirir.

Hüquq müdafiəçiləri Türkmənistanı ən qapalı cəmiyyətlərdən, Berdımuxamedov hakimiyyətini ən dikdator rejimlərdən biri hesab edirlər.

12 ildir ki, Türkmənistanı Berdymukhamedov idarə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG