Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:27

Bərdə rayonunda aksiya olub, 14 nəfər tutulub


Arxif foto
Arxif foto

Bərdə rayonu Qaradırnaq kəndinin sakinləri mayın 16-da etiraz aksiyası keçiriblər.

Yerli sakinlərin Azadlıq Radiosuna demələrinə görə, onlar kəndlilərə ayrılan torpağın bir hissəsinin bəzi vəzifəli şəxslərə verilməsindən narazı olduğunu bildirən üç nəfərin saxlanmasına etirazlarını ifadə ediblər.

Sakinlərin sözlərinə görə, dövlətin ayrdığı 104 hektar örüş sahənin 40 hektarı qanunsuz olaraq onlardan alınıb.

"Biz dünən bununla bağlı mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət etmişik. Bundan sonra şikayət edənlərin üç nəfərini polisə aparıblar. Biz də ona görə yığışıb etiraz edirik. Biz sadəcə haqqımızı tələb edirik. Cənab Prezidentdən xahiş edirik, bizə yardım etsin, örüş torpaqlarını qaytarsınlar özümüzə. Bu boyda camaatı əziyyətə salıblar. Niyə 104 hektarlıq sahə 64 hektar olub? Biz üsyana qalxmırıq, sadəcə torpağımızı istəyirik", deyə sakinlərdən biri vurğulayıb.

Örüş sahəsi, arxiv foto
Örüş sahəsi, arxiv foto

Sakinlərin bildirməsinə görə, hadisə yerinə gələn polis əməkdaşları toplaşan şəxslərdən aksiyanı dayandırmağı tələb ediblər. Sakinlərin sözlərinə görə, aksiyanın bir neçə iştirakçısı saxlanıb.

Rəsmilər nə deyir?

Bərdə rayon İcra Hakimiyyətindən “Turan” agentliyinə sözü gedən kəndin bəzi sakinlərinin şikayətlərinin əsassız olduğunu bildiriblər.

Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətindən isə agentliyə deyilib ki, Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar: "Bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da onlar öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb ediblər.Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər. Onların hərəkətlərinin qarşısı alınib, ictimai asayiş tam bərpa edilib".

DİN-dən həmçinin bildirilib ki, polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. "Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", deyə qurumdan vurğulanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG