Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 20:16

Bərdə şəhərində 12 mağazanın yandığı bildirilir


arxiv foto

"Bazarda yanğınla bağlı yekun rəy veriləcək"

Bərdə rayonunda "köhnə bazarda" baş verən yanğınla bağlı ekspertiza qrupu araşdırmalara başlayıb

Bunu Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev "Report" agentliyinə bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır: "Bundan sonra yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.

V.Qarayev deyib ki, yanğın baş verən ticarət obyektlərinə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə baxış keçiriblər. Onun sözləriə görə, yeddi sahibkara məxsus 12 mağaza yanıb:“Hazırda sahibkarların sığortası olub, olmaması araşdırılır”

***

İyulun 21-i səhər saatlarında Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazriliyinin (FHN) yaydığı məlumatda yazılır.

Mlumata görə, ümumi sahəsi 2000 kavadratmetr olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 kavatratmetrdə yanıb.

Yanğın söndürülüb.

FHN bildirir ki, tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

“ Report” agentliyinin məlumatına görə isə, bütünlükdə bazarda 12 mağaza yanıb. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur. Dəymiş ziyanın miqdarı, hələlik, hesablanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG